Şriftin ölçüsü :

Saytın rəngi :

Rusiyadan Ermənistana hərbi təyinatlı yüklərin daşınmasının intensiv xarakter alması Azərbaycan ictimaiyyətində narahatlıq və ciddi suallar doğurur.

14 avqust 2020 | 16:00

Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu, iqtisadiyytının güclənməsi mənfur düşmənlərimizi qorxuya salmaqla yanaşı regionda maraqları olan böyük dövlətlərin narahatlığına səbəb olmaqdadır. Hazırda dünyanın bir sıra nöqtələrində, xüsusilə, Yaxın Şərqdə baş verən proseslər sabitliyin nə qədər böyük dəyər olduğunu təsdiqləyir. Müəyyən beynəlxalq güclər öz maraqları naminə bir sıra dövlətlərin daxilində vəziyyəti gərginləşdirdilər və hazırda çox acınacaqlı durum yaranıb. Həmin ölkələrin xalqları, günahsız insanlar çox ağır məhrumiyyətlərlə üz-üzə qalıblar. Bütün bunlar bir daha bu reallığı təsdiqləyir ki, hər bir cəmiyyətin qarşısında duran ən mühüm əsas vəzifələrdən biri məhz ictimai-siyasi sabitliyin təmin edilməsidir. Çünki, ictimai-siyasi sabitlik inkişafın əsasını təşkil edir. Bu baxımdan da, bu gün Azərbaycan, sözün əsl mənasında, sabitlik adası kimi səciyyələndirilə bilər. Azərbaycanın bölgədəki siyasəti regionun siyasi, iqtisadi gələcəyinə əhəmiyyətli dərəcədə təsir etmək gücündədir. Bu isə o deməkdir ki, Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsi və xarici əlaqələrinin genişlənməsi təkcə ölkəmiz üçün deyil, bütövlükdə regionun stabil inkişafı baxımından çox böyük önəm daşıyır. Lakin Azərbaycanın müstəqil siyasət yürütməsi və bunun nəticəsində də ciddi nailiyyətlər qazanması bəzi xarici dairələri narahat edir. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində sürətlə inkişaf edən Azərbaycan artıq beynəlxalq miqyasda da önəmli faktora çevrilib. Regionda sabitliyin və inkişafin mərkəzi olan Azərbaycanın torpaqlarının 20 %-i Ermənistanın işğalı altındadır. Azərbaycanın illərdir çözülməyən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün göstərdiyi diplomatik səylərin müqabilində, işğalçı Ermənistan yalnız təxribatçı addımlarla gündəmə gəlir. Özü də cəbhə xəttində yox, Azərbaycan-Ermənistan dövlət sərhədində. Təbii ki, Ermənistanın regionda sabitliyi pozmağ cəhdlərinin arxasında böyük qüvvələr dayanır. Ermənistan isə əslində məqsədlərinə çatmaq üçün onların əlində bir oyuncaqdır. Ermənistanın müxtəlif beynəlxalq təşkilat və qrumlardan maliyyə dəstəyi aldığı da sirr deyil.

Iyulun 12-dən 16-nadək Tovuz rayonu istiqamətində baş verən təxribat zamanı və iyulun 17-dən bu günədək Rusiyadan Ermənistana böyük həcmdə hərbi yüklərin daşındığı faktı ortaya çıxıb.

Avqustun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib. Prezident İlham Əliyev Prezident Vladimir Putinə iyulun 12-16-da Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistanın törətdiyi təxribat barədə məlumat verib. Dövlətimizin başçısı Ermənistanın növbəti təcavüz aktı nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının və bir nəfər mülki şəxsin həlak olduğunu vurğulayıb. Prezident İlham Əliyev Ermənistan silahlı qüvvələrinin sərhəd boyunca kəndləri və yaşayış məntəqələrini artilleriya atəşinə tutması nəticəsində bir çox evlərin dağıldığını və yararsız hala düşdüyünü bildirib.

Prezidenti İlham Əliyev Rusiyadan Ermənistana hərbi təyinatlı yüklərin daşınmasının son vaxtlar intensiv xarakter almasının Azərbaycan ictimaiyyətində narahatlıq və ciddi suallar doğurduğunu Rusiya Prezidenti Vladimir Putinin diqqətinə çatdırıb.

Belə ki, Qazaxıstan, Türkmənistan və İran İslam Respublikasının hava məkanından istifadə edərək bu günə qədər Rusiyadan Ermənistana daşınan hərbi təyinatlı yüklərin həcminin 400 tondan artıq olduğu bildirilib. Və elə telefon zənginin əsas məqsədi də bu məsələnin aydınlaşdırılması olub.

Keçidlər