Şriftin ölçüsü :

Saytın rəngi :

Ermənistan 1991-ci ildə müstəqilliyini elan etdikdən sonra təhlükəsizlik siyasətini Rusiya ilə hərbi-siyasi əməkdaşlıq üzərində qurub.

13 avqust 2020 | 16:00

İşğalçı Ermənistan 15 may 1992-ci ildə Rusiyanın lider olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olub. Eyni zamanda bu ölkənin ərazisində Rusiyanın 102-ci hərbi bazası yerləşib. Ermənistan bu günə qədər də təhlükəsizlik sahəsində əməkdaşlığı əsasən Rusiya və təşkilata üzv olan Belarus, Qazaxstan, Qırğızstan və Tacikstan ilə inkişaf etdirməyə çalışır. Ermənistanın Rusiya ilə hərbi-siyasi əməkdaşlığı inkişaf etsə də, KTMT çərçivəsində digər dövlətlərlə əməkdaşlıq perspektivi Ermənistanın ümid etdiyi qədər yüksək olmayıb, Azərbaycanın KTMT-yə üzv olan dövlətlərlə hərbi əməkdaşlığının kölgəsində qalıb.

Azərbaycan KTMT-yə üzv olan Belarusdan müasir silahlar ala bilsə də, Ermənistanın buna maliyyə gücü imkan vermir. Son illərdə Azərbaycan başda Rusiya olmaq üzərə KTMT-yə üzv olan dövlətlərlə digər dövlətlərlə də hərbi-siyasi əməkdaşlığını genişləndirir. Bu əməkdaşlığın səviyyəsinin Ermənistanın eyni təşkilata üzv olduğu dövlətlərlə əməkdaşlığı müqayisə edildiyində daha geniş sahələri əhatə etdiyini müşahidə etmək mümkündür.

Ermənistan bununla belə NATO ilə də əməkdaşlıq imkanlarından faydalanmağa can atır. Ermənistan 1994-cü ildən etibarən NATO-nun Sülh Naminə Əməkdaşlıq proqramında iştirak edir. NATO region ölkələri ilə əməkdaşlıq layihələrində daha çox hərbi təlim, yuksək texnologiyaların tətbiq edilməsi, ingilis dilinin öyrədilməsi, fövqəladə hallarda mülki əməliyyatların planlanlaşdırılması məsələlərinə əhəmiyyət verir. 2003-cü ilin iyun ayında Ermənistanda ilk dəfə olaraq Sülh Naminə Əməkdaşlıq Proqramı çərçivəsində hərbi təlim təşkil edilib. Təlimdə 19 ölkədən 400 hərbçi və Rusiya ordusundan bir qrup nümayəndə iştirak etmişdir.

Bunlar baxmayaraq Ermənistan - Rusiya münasibətləri ilk dəfədir bu qədər gərgindir. Moskva və Yerevan arasında gərginlik heç vaxt belə açıq və hədələyici şəkildə olmayıb. Düzdür, ötən 29 il ərzində Ermənistanda Moskvanın əleyhinə çıxışlar edən, onu “işğalçı” adlandıran, “Ermənistan Rusiyanın əyaləti deyil!”, “Rusiya, əlini Ermənistandan çək!” şüarlarını səsləndirənlər olub. Hətta Rusiyanın Gümrüdəki 102 saylı hərbi bazasının çıxarılmasını da tələb edənlər də tapılmışdır. Sanki Ermənistanın siyasi səhnəsi ikiyə bölünüb: Rusiyaya qarşı olanlar və rusiyayönlülər..

Koronavirus pandemiyası parlamentdə təmsil olunan “çiçəklənən Ermənistanın” əsl üzünü ortaya çıxardı. Xaricdən hərbi-siyasi dəstək zəif olduğu üçün N.Paşinyanın fövqəladə vəziyyət rejimini 4-cü dəfə uzatmaq fikrinə gəlməyi gözlənilir.

Göründüyü kimi Ermənistanın hər zamankı kimi xarici siyasətində, eləcə də təhlükəsizlik siyasətindəki qeyri-sabit xətt davam edir...

Keçidlər