Mehriban xanım Əliyevanın həyat fəlsəfəsində insan amili, milli – mənəvi dəyərlər, humanizm və mərhəmət dayanır.
Azərbaycan xalqının və dövlətinin maraqları əsasında, həm ölkə, həm də dünya miqyasında mədəniyyət, təhsil, səhiyyə, idman, xeyriyyəçilik və digər sahələrdə çoxçşahəli və uğurlu fəaliyyəti ilə Azərbaycanın Birinci Vitse – Prezidenti Mehriban xanım Əliyeva həm də məcburi köçkünlərin hamısıdır. Azərbaycanın Birinci Vitse – prezidenti kimi, ilk müşavirəsini, məhz məcburi köçkünlərin sosial qayğısı, onların problemlərinin həlli ilə bağlı məsələlərinə həsr edən Mehriban xanım Əliyeva bu kateqoriyada olan insanlar tərəfindən böyük razılıq və minnətdarlıqla qarşılanır. Məcburi köçkünlərin qayğılarına diqqət hər zaman Mehriban xanım tərəfindən konkret işlərdə öz əksini tapır.
Milli – mənəvi dəyərlərin qorunması, qadın və uşaq hüquqlarının müdafiəsi, təhsil, mədəniyyət , səhiyyə, idman sahələrində həyata keçirilən lahiyələrlə bərabər Azərbaycanın və xalqımızın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin beynəlxalq aləmə çatdırılmasında görülən misilsiz işlərdə Ermənistan Silahlı Qüvvələrinin işğal etdiyi Azərbaycan ərazilərində mədəniyyət abidələrini vəhşicəsinə dağıtmalarına qarşı bəşəriyyəti dialoqa və qarşılıqlı anlaşmaya çağırır.
Xanım Mehriban Əliyeva Azərbaycanın birinci xanımı statusunda bənzərsizdir. Xanım bu şərəfli ada münasibətində belə bir fikir söyləmişdir: “Mənim birinci xanım olmağım, ilk növbədə, insanların bu və ya digər problemlərinin həlli üçün obyektiv fürsət kimi dəyərləndirirəm”. Bu doğurdan da belədir. Bu fürsətdən minlərlə ümidsizin ürəyində ümid çırağı yandı, minlərlə gözlərdə inam yarandı, minlərlə gəncin taleyi güldü, xoşbəxt insanların həyat yolu başladı. Mehriban xanım isə insanların həyatında ümid, güvənc, mərhəmət və xeyirxahlıq mələyi kimi əbədi yer tutdu. Mehriban xanım Əliyevanın əzmkarlığı, təşəbbüskarlığı həyata keçirdiyi proqram və layihələrində rəhbəri olduğu Heydər Əliyev fondunun çoxsahəli fəaliyyəti ilə birlikdə fərəh və qürur doğuran məqsədlər göründü. Məqsədin yönəldiyi yol isə insanlara olan təmənnasız yaxşılıqlar, xeyirxahlıqlar, mərhəməti, qayğıları ilə yaşadığı cəmiyyətə yeni forma və məzmun gətirib. Xanım Əliyeva sosial-humanitar layihələri hər kəsə, insanlara kömək, dövlətə dəstək olmağın məsulliyətini öyrədə bildi.
Geniş həcimli fəaliyyəti ilə güclü qadın şəhid ailələrini ailəsi bildi. Qarabağ müharibəsində əlil olan oğullara qardaş dedi, hələ də övladlarının yoxluğuna inanmayan, gözü yolda qalan anaları bağrına basdı, onlara ana dedi, qarşılarında baş əydi. Onun böyüklüyü, əxlaqı, görüb-götürdükləri, ailə dəyərləri böyük ehtiram və məhəbbətlə qarşılanır. Fəaliyyətinin bütün sahələrində xalqını düşünən xanım eyni zamanda tərbiyə verdiyi nəcib, düşüncəli övladları ilə xidmət etdiyi məsələlərdən zövq alaraq, məmnun olaraq, çox səbrlə, təmkinlə məqsədinə nail olur. Mehriban xanımın fəaliyyəti çox-çox sahəlidir, onun şərəfinə kitablar da, məqalələr də yazılıb, uşaqdan böyüyə hər kəsin məhəbbətini də qazanıb.
Mənim də Mehriban xanım haqqında olan xatirələrimdən birini sizinlə bölüşürəm. Humanizm, insanpərvərlik, mərhəmət kimi ali mənəvi keyfiyyətləri özündə birləşdirən Mehriban Əliyevanın siyasi portretinin böyüklüyünü və gözəlliyini onun rəhbərliyi ilə Masazır qəsəbəsində məcburi köçkünlər üçün evlərin verilməsi tədbirində gördüm. Qəzalı vəziyyətdə yaşayan məcburi köçkünlərə verilən evlərin mərasimində minnətdarlıqla çıxış etdim. Sonra isə Qarabağın mədəniyyət mərkəzi Şuşadan, onun tarixindən, abidələrindən Azərbaycan mədəniyyətinə və ədəbiyyatına bəxş etdiyi görkəmli şəxsiyyətlərdən danışdım. Ancaq fikirlərimi sona çatdıranda çox bərk qəhərləndim. Özümü itirməyərək, göz yaşlarıma baxmayaraq fikirlərimi axıra qədər söylədim. Tribunadan düşəndə Mehriban xanım məni qucaqladı. Onun da gözləri yaşarmışdı . Bir anlıq hər ikimiz susduq. Mən ondan üzr istədim ki, sizi narahat etdim, kədərləndirdim, ağlatdım deyə bilmədim. Xanım isə məni qucaqlayıb söylədi ki, Şuşa elə bir məkan, elə bir mərkəzdir ki, bu şəhər işğaldan azad olunana qədər hamımız ağlamalıyıq, mübarizə aparmalıyıq. Mən isə söylədim ki Sizin bir cümlənizi Qarabağlılar əzbər söyləyir. “Qarabağ azad olunana kimi hamımız Qarabağlıyıq”. Xanım isə mənə söz verdi ki, Şuşa azad olunanda sənin evinə qonaq gələcəm. Qəlbim o qədər rahat oldu ki, Şuşalı günlərim də, vətənim də, evim də bir anlıq gözümdə canlandı. Xanımın nəcib, həssas, könül alması ilə bərabər,həm vətənpərvər, həm böyük qəlbə sahib olduğu mənim qəlbimə və düşüncəmə əbədi həkk olundu.Xanım Əliyevanın çox geniş miqyaslı fəaliyyətini dövlətimiz, dünya dövlətləri həmişə çox mötəbər orden və medallarla təltif edib. Lakin Azərbaycan dövlətinin möhkəmlənməsi,tərəqqisi, beynəlxalq aləmdə nüfuzu naminə görülən bütün uğurlu fəaliyyətinə xalqın, millətin böyük sevgisi və məhəbbətini hər bir mükafatdan yüksək bilən xeyirxah xanımla fəxr edirik.
Ermənistan –Azərbaycan Dağlıq Qarabağ probleminin siyasi həlli tapılanadək Qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində Azərbaycan dövləti tərəfindən görülən bütün işlərdə xanım Əliyevanın əməyi və diqqəti həmişə minnətdarlıqla qarşılanır. Mehriban xanım ötən il ad gününü məcburi köçkünlərlə keçirdi və həmin tədbirdə “Qarabağ Şikəstəsini Qarabağda dinləmək” arzusunu bildirdi.
Bu gün Mehriban Əliyevanın ad günüdür.Ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı İlham Əliyevin ömür-gün yoldaşı,qayğıkeş ana,sevimli nənə, hamıya vətəni, insanları sevməyə nümunə olacaq əsil azərbaycan xanımını təbrik edirik və bütün fəaliyyətində böyük müvəffəqiyyətlər arzu edirik.Sağlamlıq,gözəllik, ailəsi ilə birlikdə xoşbəxtlik ömür yolunda həyatına nur saçsın.
Qarabağda, Şuşada, Ağdamda, Kəlbəcərdə, Laçında, Xocalıda, Qubadlıda, Xocavəndə, Cəbrayılda, Zəngilanda, Fizulidə işğaldan azad olunacaq torpaqlarımızda Qələbə bayramlarını birlikdə keçirmək nəsibimiz olsun.
YAP Şuşa Rayon Qadınlar Şurasının sədri: Vüsalə Fətəliyeva