Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün ölkəmizin Birinci xanımı, Azərbaycanın Birinci vitse-prezidenti gözəl qadın, gözəl ana, gözəl insan Mehriban xanım Əliyevanın doğum günüdür.

26 avqust 2020 | 16:00

Bu gün ölkəmizin Birinci xanımı, Azərbaycanın Birinci vitse-prezidenti gözəl qadın, gözəl ana, gözəl insan Mehriban xanım Əliyevanın doğum günüdür. Mehriban xanım Əliyevanı Şuşa rayon ictimayəti adından doğum gününü münasibəti ilə səmimi qəlbdən təbrik edir, möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və Azərbaycanın rifahı naminə çoxşaxəli fəaliyyətində yeni böyük uğurlar arzulayırıq.

Mehriban xanım təkcə Azərbaycan üçün deyil, Türk Dünyası, Müsəlman Dünyası və ümumiyyətlə dünyamız və insanlq üçün xidmətləri göz önündə canlandırılan zaman görürük ki, o, bu gün Türk və Müsəlman Dünyasının şəriksiz qadın ilderidir. O, Türk və Müsəlman qadının bütün dünyada yüksək səviyyədə tanınması və qəbul edilməsi üçün yorulmaz bir fədakardır. O, artıq gözəlliyi və ağlı, həyat tərzi və fəaliyyəti ilə nəinki ölkəsində, eləcə də Avropada, Qərbdə və Şərqdə adından tez-tez söz etdirir. Onun bu günə qədər beynəlxalq səviyyədə aldığı orden və medalları, fəxri adları saymaqla bitməz. Amma o bunları orden, medal, fəxri adlar üçün etmir. Milləti, dövləti və bütöblükdə insanlıq üçün edir. O, öz fəaliyyəti ilə önəmli bir tarix yazır. Onun yazdığı tarixin hər sətiri insanlara sevgi ilə doludur.

Keçidlər