Azərbaycan COVİD 19 pandemiyasına qarşı mübarizədə nümunəvi ölkə kimi göstərilir
Son dövrlər bütün dünyanı çətin sınaq qarşısında qoyan COVİD-19 pandemiyasına qarşı mübarizə artıq qlobal xarakter almışdır.
Ölkə başçısı İlham Əliyevin vaxtında və düzgün verdiyi qərarlar, gördüyü qabaqlayıcı tədbirlər sayəsində ölkəmiz koronavirus pandemiyasına qarşı mübarizədə sadəcə regional deyil, eyni zamanda, inkişaf etmiş bir sıra dövlətlərdən daha hazırlıqlıdır. Ölkə prezidenti İlham Əliyev ölkə daxilində pandemiya ilə mübarizədə nümunəvi təcrübə nümayiş etdirməklə bərabər, dünya ölkələrini də əməkdaşlığa dəvət etmiş, beynəlxalq həmrəylik göstərməyə çağırmışdır.
Bildiyimiz kimi, 2020-ci il mayın 4-də Qoşulmama Hərəkatının Təmas Qrupunun COVİD-19 pandemiyasına həsr edilmiş onlayn Zirvə görüşü təşkil edildi. Bu tədbirdə QH üzv dövlətləri ilə yanaşı, BMT-nin Baş Katibi, BMT Baş Assambleyasının Prezidenti, Ümumdünya Səhiyyə Təşkilanın Baş Direktoru, Afrika İttifaqı və Avropa İttifaqı kimi beynəlxalq təşkilatların yüksək çinli nümayəndələri də iştirak edirdilər. Tərkibində 120 ölkəni birləşdirən QH BMT-dən sonra dünya dövlətlərinin təmsil olunduğu ikinci ən böyük siyasi təsisatdır. Azərbaycan Respublikası COVİD-19-a qarşı mübarizədə qlobal həmrəyliyin nümunəsi kimi Ümumdünya Səhiyyə Təşkilatına könüllü ianə ayırmış, 30-dan artıq dövlətə humanitar yardım vermişdir. Prezident İlham Əliyev Qoşulmama Hərəkatının onlayn Zirvə görüşündə çıxışı zamanı qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə çıxış etmişdir.
Azərbaycan dövlətinin pandemiya dövründə həyata keçirdiyi qabaqlayıcı tədbirlər dünya mətbuatında təqdir olunur,bir çox dünya dövlətləri pandemiya ilə mübarizədə Azərbaycan təcrübəsindən yararlanır, bütün bu tədbirlər, xüsusilə pandemiya ilə mübarizə tədbirləri Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən yüksək qiymətləndirilir. Dünya ölkələri, o cümlədən də Azərbaycan üçün pandemiya ilə mübarizədə ölkə başçısı cənab İlham Əliyevin uzaqgörən və düşünülmüş siyasəti dövrün tələblərinə bu qədər ciddi surətdə əməl etmək nümunəsi göstərməsi hər bir Azərbaycan vətəndaşını daha da məsuliyyətli olmağa bir çağırışdır.