Şuşa rayonun abituriyentləri ali məktəblərə qəbul zamanı yüksək nəticələr göstərmişlər
Bu gün Azərbaycan təhsili yeni inkişaf mərhələsini yaşayır Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qayğısı,Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələri,Təhsil Nazirliyinin yeni-yeni islahatları təhsilin uğurlu davamının göstəricisidir.Bu gün dövlətin təhsil siyasətinə olan diqqət və qayğı ilbəil artır.Bilik,təhsil ölkəmizi şərtləndirən mühüm vasitələrdir.Bizim övladlar vətənpərvərlik ruhunda,milli ruhda,milli dəyərlər-ənənəvi Azərbaycan dəyərləri əsasında tərbiyə almalıdırlar.Əsrlər boyu qorunan milli adət-ənənələrin ötürücüsü olmaq həmişə övladlarımızın qarşıya qoyduğu amal olmalıdır.Müstəqil dövlətimizin vətəndaşları,övladları Azərbaycanı sevməli,qorumalı inkişafında öz gücünü,ağlını,biliyini göstərmək qabiliyyətində olmalıdır
Şuşa rayonunun məktəblərində təhsil alan şagirdlərimiz 2019/2020-ci il tədris ilinin yekunlarını başa vuraraq bu il ali məktəblərə qəbul zamanı yüksək göstəricilərlə bizi sevindirmişlər.Ali məktəbə sənəd verən 156 nəfər məzunun 8 nəfəri 600-dən çox bal,1 nəfər Malbəyli məktəbi məzunu Quliyev Vüqar isə qızıl medal və beynəlxalq olimpiada qalibi olduğu üçün imtahansız BDU-nun riyaziyyat fakültəsinə daxil omuşdur.Şuşa rayonunun Malbəyli kənd məktəbinda 2 nəfər məzun İbrahimzadə Müjgan Rəşad qızı 663,9 bal,Quluzadə Fidan Tahir qızı 640 bal,11 nönrəli məktəbin məzunu Məmmədova Ceyran Füzuli qızı 611,7 bal,Xankəndi məktəbliləri Şahverənova İlahə,Qaraşov Elcan, Qaraşov Rəvan 640-650 bal toplayaraq nüfuzulu ali məktəblərə qəbul olmuşlar.Şuşa təhsilinin öz keçmiş ənənələri var.Bu gündə təhsil sistemi peşəkar,savadlı insanlar tərəfindən idarə olunur,məktəblərdə kifayət qədər adlı-sanlı,nüfuzlu müəllim heyəti şagirdlərin təlim-tərbiyəsi ilə məşğul olur.Ali məktəblərə qəbul olmuş bütün məzunları təbrik edirik.Arzumuz Qarabağda,Şuşada quruculuq işlərində gənclərimizin iştirakını görməkdir.Pandemiya dövründə təhsil prosesini dayandırmamış məzunların nailiyyətlərinə şərait yaradan Azərbaycan təhsilinə böyük uğurlar arzulayırıq.