Şriftin ölçüsü :

Saytın rəngi :

Rusiya Federasiyasında birinci yerə nail olduğu ölkələr arası turnirdə kubok, diplom və qızıl medala sahib çıxmışdır.

16 dekabr 2014 | 16:00

Əzimli Saday Sabir oğlu, 27 iyul 2000-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1992-ci ildə erməni təcavüzkarlarının Şuşanı işğal etməsi ilə əlaqədar olaraq onun ailəsi Bakı şəhərində məskunlaşmışdır. İlk dəfə cudo idman növünə “Sərhədçi” İdman Olimpiya mərkəzində başlamışdır.

2009-2011 ci illərdə Respublika turnirlərində və Azərbaycan çempionatlarında fəxri kürsünün 1-ci və 2-ci yerlərinə layiq görülmüşdür.

2012- cü ildə Turkiyənin Ankara şəhərində yeniyetmələr arasında cido çempionatında 1-ci yerə layiq görülmüşdür. 2013 –cü ildə isə Türkiyənin Erzrurum və şəhərində keçirilən “Abdurrahman Qazı” cido turnirində 1 –ci yerə, 2014-cü il oktyabr ayınin 26 -da Samsun şəhərində kecirilən Uluslararası cido çempionatında 60-kq cəki dərəcəsində 1-ci yerə layiq görülmüşdür. Həmin turnirlərdə diplom və medallarla təltif olunmuşdur.

İdmançımız 2014- cü il oktyabr ayında Rusiya Fedarasiyasının Linetsk şəhərində yeniyetmələr arasına keçirilən XIV-Beynəlxalq turnirdə elə ilk görüşdə erməni idmançısına təmiz qələbə ilə qalib gələrək fəxri kürsünün qalibi olmuşdur .

21 dekabr 2014 cü il Turkiyənin Rizə şəhərində keçirilən yeniyetmələr arasında beynəlxalq turnirdə 2 yerə ıayiq görülmüsdür.

İdmançımıza gələcək idman fəaliyyətində uğurlar arzulayırıq.

Keçidlər