Şriftin ölçüsü :

Saytın rəngi :

Respublikamızın inkişafını gözü götürməyən milli xəyanətkarlar qranta görə Vətəni, xalqı satmağa hazır olduqlarını bir daha nümayiş etdirdilər.

05 oktyabr 2020 | 16:00

Azərbaycanın dünya birliyində reytinqinin getdikcə yüksəlməsindən və mövqeyinin möhkəmlənməsindən ciddi təşviş keçirən antiazərbaycan qüvvələr ölkəmiz haqqında beynəlxalq aləmdə mənfi rəy formalaşdırmaq üçün müxtəlif vasitələrə əl atırlar. Onlar bu yolda yerlərdəki satqınlardan, xəyanətkarlardan, xüsusilə, radikal müxalifət nümayəndələrindən istifadə edirlər. Respublikamızın inkişafını gözü götürməyən milli xəyanətkarlar qranta görə Vətəni, xalqı satmağa hazır olduqlarını bir daha nümayiş etdirdilər. Belə ünsürlərin yanvarın 19-da keçirdikləri mitinqdə səsləndirdikləri şüarlar və bir gün sonra Şəhidlər xiyabanındakı simasızlıqları xəbis niyyətlərini bir daha ortaya qoydu.
Heç kəsə sirr deyil ki, mitinq xaricdəki antiazərbaycan dairələrin və ermənipərəst qüvvələrin sifarişlərini yerinə yetirməyi özünə peşə seçmiş AXCP sədri Əli Kərimli və Milli Şura adlı qondarma qurumun bir qrup başıpozuq üzvü tərəfindən təşkil olunmuşdu. Təbii ki, Azərbaycanda uzun müddətdir davam edən ictimai-siyasi sabitlik, mötəbər beynəlxalq təşkilatların öz tədbirlərini Bakıda keçirməyə üstünlük vermələri antiazərbaycan qüvvələri və onların əlində alətə çevrilən radikal müxalifət nümayəndələri rahat buraxa bilməz. Onlar öz çirkin məqsədlərini reallaşdırmaqdan ötrü Azərbaycanı Suriya, Liviya və hazırda digər vətəndaş qarşıdurması gedən ölkələrin vəziyyətinə salmaq üçün dəridən - qabıqdan çıxırlar.
Ziyalılar, ictimai-siyasi xadimlər, hətta nüxalifət təmsilçisi olan siyasi partiya sədrləri də radikal müxalifət nümayəndələrinin antimilli mövqeyini kəskin pisləyir, dağıdıcı qrupların kütləvi aksiya təşkil etmək imkanlarının məhdudlaşdırılmasını tələb edirlər. Son 15 ildə respublikamızın qazandığı uğurlar təkcə radikal müxalifəti deyil, ölkəmizi gözü götürməyən dairələri də yandırıb-yaxır. ölkəmizin əldə etdiyi nailiyyətlər, qazandığı uğurlar, beynəlxalq hüquq müstəvisində istənilən məsələ üzrə milli maraqlarını qətiyyətlə müdafiə etməsi və bunun üçün lazımi gücün, qüdrətin sahibi olmasını həzm edə bilməyənlərin sayı da az deyil. Bu, ilk növbədə, artıq neçə illərdir Azərbaycan əleyhinə fəaliyyət göstərən antiazərbaycançı şəbəkəyə, bu şəbəkənin əsas nümayəndələrindən olan Ermənistana və bəzi dövlətlərə aiddir. O da məlum həqiqətdir ki, sözügedən şəbəkənin sıraları genişdir və Azərbaycanın daxilində də təmsilçiləri, əlaltıları mövcuddur. Hüquq müdafiəçisi, qeyri-hökumət təşkilatı, siyasi partiya adı altında fəaliyyət göstərən belə buyruq qulları əməlləri ilə istənilən an Azərbaycana, xalqa xəyanət etməyə hazır olduqlarını dəfələrlə sübuta yetiriblər. Onlar öz mənafeləri, maddi maraqları naminə lazım gəldikdə bir an belə, tərəddüd etmədən xəyanətlərə yol veriblər.
Niyyət və əməli daha çox Azərbaycanda daxili sabitliyi pozmağa yönələn, fəaliyyəti ilə hər zaman ölkəmizin nüfuzunu zədələməyə çalışan ifrat radikal müxalifət əslində, antiazərbaycançı şəbəkənin bir təmsilçisi kimi çıxış etdiyini istər-istəməz faş etməkdədir. Çünki cəmiyyətdən özünü təcrid halına salmış radikallar ölkəmizin rifahını istəməyənlər kimi Azərbaycanda xaotik bir durumun formalaşmasını arzulayır, bu yöndə addımlar atmağa cəhd göstərirlər. Buna nail olmasalar da, iyrənc əməlləri ilə əslində, Azərbaycanın ən qatı əleyhdarları ilə bir sırada yer aldıqlarını göstərmiş olurlar. Beləliklə, qeyd edilənlərdən aydın görünür ki, əslində, radikal müxalifət və beynəlxalq miqyasda Azərbaycan əleyhinə fəaliyyət göstərənlər əməlləri ilə bir-birinə bağlıdırlar. Bu mənada radikal müxalifətin antiazərbaycançı şəbəkədən gələn göstərişlər əsasında fəaliyyətini qurması, müəyyən maliyyə vəsaiti alması barədə indiyə qədər səslənən fikirlərin heç də reallıqdan uzaq olmadığı daha aydın görünər.

Keçidlər