Şriftin ölçüsü :

Saytın rəngi :

Xalqın dəstəyindən tamamilə məhrum olan, nüfuzunu, sosial dayaqlarını və ictimai-siyasi proseslərə təsir imkanlarını tamamilə itirmiş radikal müxalifət partiyaları ənənəvi inkarçı və qərəzli mövqedən çıxış edirlər.

05 oktyabr 2020 | 16:00

Xalqın dəstəyindən tamamilə məhrum olan, nüfuzunu, sosial dayaqlarını və ictimai-siyasi proseslərə təsir imkanlarını tamamilə itirmiş radikal müxalifət partiyaları ənənəvi inkarçı və qərəzli mövqedən çıxış edirlər. Radikal müxalifətin hakimiyyətin nüfuzu qarşısında acizliyi, gücsüzlüyü və sivil rəqabət imkanına malik olmaması göz qabağındadır. Onlar yaxşı başa düşürlər ki, ictimai dayaqları güclənən, xalqın etimadını qazanan hakimiyyətin bütün seçkilərdə uğur qazanmaq şansı birmənalıdır. Xalqı indiki iqtidarı dəstəklədiyinə görə dəfələrlə açıq ittiham edən, hətta həqarətli ifadələr işlətməkdən çəkinməyən radikal müxalifət sivil, demokratik seçki yolu ilə hakimiyyətin namizədinə qalib gəlmək şansını birdəfəlik itirdiyini yaxşı başa düşür. 1992-ci ildə xalqı "demokratiya" hayqırtıları ilə, yalan vədlərlə aldadaraq silahlı yolla hakimiyyətə yiyələnən bu destruktiv qüvvələr yenə də "köhnə təfəkkürlə" siyasi mübarizə aparmağa cəhd edirlər. Ancaq bu destruktiv partiya rəhbərləri yanılırlar. Unudurlar ki, indi sivil rəqabət şəraitində, demokratik, azad seçki nəticəsində hakimiyyətə gəlmək mümkündür, bunda isə onların imkanları sıfıra bərabərdir. Əgər xalqın böyük təkidi ilə Heydər Əliyev yenidən hakimiyyətə gəlməsəydi, bugünkü müstəqil Azərbaycanın varlığından danışmaq çətin ki, mümkün olacaqdı. Bu böyük qayıdış ilk növbədə, Azərbaycanın varlığını, müstəqilliyini, dövlətçiliyini qoruyub saxladı, ölkəni parçalanmaqdan, vətəndaş müharibəsindən xilas etdi. Ermənistanın daha geniş ərazilərimizi işğal etməsinin, kütləvi qanlar axıdılmasının qarşısını aldı, atəşkəsin elan edilməsinə nail oldu. Bundan sonra ümummilli liderin rəhbərliyi altında ölkədə ictimai-siyasi sabitlik təmin olundu, qanunsuz silahlı birləşmələr zərərsizləşdirildi, özbaşınalığın, hərc-mərcliyin, qanunsuzluqların, kütləvi iğtişaşların, aclığın, səfalətin qarşısı alındı.
Xarici havadarlarının maliyyə dəstəyi ilə istənilən yola baş vurmağa, hətta iğtişaşlar törətməyə hazır olan ifrat radikal müxalifət dairələrinin iç üzünü artıq xalq yaxşı tanıyır. Bu destruktiv qüvvələrin antiazərbaycan dairələrin tapşırığı ilə yenidən fəallaşması onların Azərbaycanı ötən əsrin 90-cı illərinin anarxiya və xaos dövrünə sürükləmək niyyətindən əl çəkmədiklərini dir daha göstərir. Son günlər ifrat radikal müxalifət düşərgəsində belə bir absurd fikirlər özünə yer almışdır ki, guya bir sıra ərəb ölkələrində - Tunisdə, Misirdə yaşanan məlum hadisələr Azərbaycanda da təkrarlana bilər. Reallığa söykənməyən analogiyalar aparan radikal müxalifət təmsilçiləri nədənsə unudurlar ki, xaos və anarxiya, vətəndaş itaətsizliyi, siyasi, iqtisadi və mənəvi böhran dövrü kimi səciyyələnən "siyasi eksperimentlər" dövrü artıq başa çatıb.
Müxalifətin son zamanlar radikal davranışlarına münasibət bildirən şöbə müdiri vurğulamışdır ki, biz müxalifətlə daim təmasda oluruq, daim onlarla bu və ya digər məsələlərin müzakirəsinə hazır olduğumuzu bəyan edirik. Dəfələrlə olub ki, ümummilli əhəmiyyət kəsb edən, Azərbaycan dövlətinin maraqlarına toxunan məsələlərin həlli ilə bağlı müzakirələrdə biz müxalifətlə bir araya gəlmişik. Biz bundan sonra da buna hazırıq.
Ulu öndər Heydər Əliyevin xaos və anarxiyadan, dövlətçiliyin itirilməsi təhlükəsindən xilas edib dinamik inkişaf yoluna çıxardığı Azərbaycan hazırda onun layiqli davamçısı - Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında dünyanın ən sürətlə irəliləyən, müasirləşən, demokratikləşən dövlətinə çevrilmişdir. Respublikamız hələ də tam başa çatmayan qlobal böhran şəraitində belə, sürətli sosial-iqtisadi inkişafını qoruyub saxlayır, böyük infrastruktur layihələri, regional proqramlar həyata keçirir, Avropanın enerji təhlükəsizliyində sözünü deyir. Cəmiyyətin bütün sahələrində özünü göstərən dirçəliş, intibah meyilləri sosial-mədəni sferada da qabarıq büruzə verir. İndi hər bir Azərbaycan vətəndaşı bu inkişafı öz həyat səviyyəsində hiss edir. Ən başlıcası isə bu gün Azərbaycan cəmiyyətinin bütövlüyü və monololitliyi təmin olunmuş, insanlarda uğurlu gələcəyə nikbin baxış formalaşmışdır.

Keçidlər