Şriftin ölçüsü :

Saytın rəngi :

Siyasi səhnəni tərk etmək məcburiyyətində qalan radikal müxalifət.

05 oktyabr 2020 | 16:00

     Radikal müxalifətin bel bağladığı qüvvələr də özünü ifşa edirlər. Avropaya inteqrasiyanı tələb edən AXCP bü gün Avropasiz qalıb. Fransa Prezidenti Emmanuel Makronun cəfəngiyat və əssasız bəyanatı bir daha onu göstərdi ki, münaqişənin aqibəti və onun haqlı həlli Azərbaycan xalqının əllərindədir. Avropa yalnız AXCP-nin xəstə ambisiyalarının şikayət ünvanı kimi qalıb.Radikal müxalifətin hakimiyyətin nüfuzu qarşısında acizliyi, gücsüzlüyü və sivil rəqabət imkanına malik olmaması göz qabağındadır. Onlar yaxşı başa düşürlər ki, ictimai dayaqları güclənən, xalqın etimadını qazanan hakimiyyətin bütün sahələrdə  uğur qazanmaq şansı birmənalıdır.
    Ağı-qaradan seçməyi yaxşı bacaran müdrik xalqımız aqressiv müxalifətin bu gün səsləndirdikləri sərsəm bəyanatların da cılız siyasi maraqlara xidmət etdiyini yaxşı başa düşür. Həmin xaos, anarxiya illərində respublikamızın müstəqilliyi şərti mahiyyət kəsb etmiş, xalqımız ədalətli, sivil və iqtisadi cəhətdən inkişaf edən dövlətdə yaşamaq arzusunu gerçəkləşdirə bilməmişdi. Həmin dövrdə Azərbaycanda cərəyan edən ağır və mürəkkəb proseslər göstərdi ki, milli dövləti yalnız qətiyyətli liderlərin, xalqına bağlı rəhbərlərin yüksək idarəçilik və liderlik keyfiyyətləri sayəsində hifz etmək olar. O illərdə Azərbaycanda hakimiyyətdə xalqın etimad göstərdiyi siyasi qüvvənin olmaması dövlət idarəçiliyi mexanizmlərinin formalaşmasında ciddi maneəyə çevrilməklə yanaşı, daxili böhranın, vətəndaş itaətsizliyinin, xaos və anarxiyanın yaranmasına rəvac vermiş, qanunçuluğun və hüquq qaydalarının təminatı, vətəndaşların azad, təhlükəsiz yaşamaq hüququnun, ən nəhayət, ictimai asayişin qorunması sahəsində əsaslı problemlər yaratmışdı.
   Xarici qrant, ianə hesabına fəaliyyət göstərən, öz dövlətinə qarşı çıxış edən, bir çox hallarda milli satqınlıq nümayiş etdirən ünsürlərə Azərbaycan xalqı bir daha öz yerini göstərdi. Niyyət və əməli daha çox Azərbaycanda daxili sabitliyi pozmağa yönələn, fəaliyyəti ilə hər zaman ölkəmizin nüfuzunu zədələməyə çalışan ifrat radikal müxalifət əslində, antiazərbaycançı şəbəkənin bir təmsilçisi kimi çıxış etdiyini istər-istəməz faş etməkdədir. Çünki cəmiyyətdən özünü təcrid halına salmış radikallar ölkəmizin rifahını istəməyənlər kimi Azərbaycanda xaotik bir durumun formalaşmasını arzulayır, bu yöndə addımlar atmağa cəhd göstərirlər. Buna nail olmasalar da, iyrənc əməlləri ilə əslində, Azərbaycanın ən qatı əleyhdarları ilə bir sırada yer aldıqlarını göstərmiş olurlar. Beləliklə, qeyd edilənlərdən aydın görünür ki, əslində, radikal müxalifət və beynəlxalq miqyasda Azərbaycan əleyhinə fəaliyyət göstərənlər əməlləri ilə bir-birinə bağlıdırlar. Bu mənada radikal müxalifətin antiazərbaycançı şəbəkədən gələn göstərişlər əsasında fəaliyyətini qurması, müəyyən maliyyə vəsaiti alması barədə indiyə qədər səslənən fikirlərin heç də reallıqdan uzaq olmadığı daha aydın görünər. Ölkə müxalifətinin radikal qanadı onu da yaxşı bilməlidir ki, istər Azərbaycan cəmiyyəti, istərsə onun sabahı olan gənclik sərsəm fikirlərlə çıxış edən radikal avantüristlərə uyan deyil. Sosial dayaqlarını itirmiş radikal müxalifət başçıları və onların azsaylı tərəfdarları Azərbaycanda sabitliyin pozulmasına çalışır, buna yönəlik müxtəlif cəhdlər edirlər.  Əksinə, xalq indi Azərbaycanı sürətlə inkişaf yoluna çıxaran ümummilli lider Heydər Əliyev ideyaları, bu ideyaları yaşadan və həyata keçirən Prezident İlham Əliyevin ətrafında daha sıx səfərbər olur.
    Azərbaycan özü iqtisadi qüdrəti, güclü ordusu ilə Ermənistana qarşı tətbiq etdiyi pressinqi daim gücləndirməkdədir ki, artıq işğalçı ölkənin buna müqavimət gücü tam tükənməkdədir. Bütün dünya, eləcə də Ermənistan yaxşı bilir ki, Azərbaycan ordusu istənilən an ərazilərini işğaldan azad etmək gücündədir.
Birgə bəyanat Azərbaycan xalqı və ölkənin aparıcı siyasi qüvvəsi yekdilliklə Prezidentin yanında olduğunu bildirən rəmzdir. Siyasi və milli həmrəylik eyni zamanda etibarlı münasibətlərinin əsasıdır. Odur ki, həmrəylik nümayiş etməyən qüvvələr xalqın etibarını da itirmiş olur.

 

Keçidlər