Şriftin ölçüsü :

Saytın rəngi :

Şuşalı gənc futbolçu tələbələrin beynəlxalq oyununda

16 dekabr 2014 | 16:00

Şuşalı gənc futbolçu tələbələrin beynəlxalq oyununda

Dekabr ayının 10-dan-15-dək İran İslam Respublikasının Kərəz şəhərində Tələbələrin Beynəlxalq Dostluq Futbol oyunları keçirilmişdir. Həmin oyunlarda Azərbaycanı təmsil edən Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının yığma futbol komandasının heyətində həmyerlimiz Elvin Fərhadlı da çıxış etmişdir. Gənc futbolçumuz Xarəzm Universitetinin yığması ilə görüşdə komandasınn qələbə topunun vurulmasında dayaq yarımmüdafiəçisi kimi fəal iştirak etmiş, məhsuldar ötürmənin sahibi olmuşdur. Yarışın son günü dostluq və yoldaşlığa xidmət edən turnirin xatirə kuboku futbolçulara təqdim edilmişdir.

(Həmyerlimiz soldan üçüncü - 7 nömrəli formadadır)

Keçidlər