Şriftin ölçüsü :

Saytın rəngi :

Ordumuz doğma torpaqlarımızın azadetmə missiyasını davam etdirir.

13 oktyabr 2020 | 16:00

     Hazırda düşməni yerinə oturdan ordumuz torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində həyata keçirdiyi əməliyyatları uğurla davam etdirir. Ali Baş Komandanın qətiyyətli iradəsindən, xalqımızın möhtəşəm dəstəyindən ilhamlanan Azərbaycan Ordusu cəbhənin bütün istiqamətlərində düşmənə sarsıdıcı zərbələr vurur.Dövlətimizin başçısı Azərbaycan Or¬dusunun güc-qüdrətinin indiki səviyyəyə çatmasının təsadüfi olmadığını da xüsusi vurğulayıb: “Ordu quruculuğu mənim fəaliyyətimdə həmişə birinci yerdədir. Hərbçilər də, Azərbaycan xalqı da bunu bilir. Həmişə demişəm ki, ordumuz üçün nə lazımdırsa, biz onu da edəcəyik. Biz güclü, iradəli ordu yaratmışıq. Bizim bütün silahlı birləşmələrimiz müasir stan¬dartlara cavab verir və döyüş tapşırığını şərəflə, vicdanla, cəsarətlə yerinə yetirir. Bu gün əks-hücum əməliyyatında bizim müxtəlif silahlı birləşmələrimiz iştirak edir və vahid komandanın rəhbərliyi altında əks-hücum əməliyyatı uğurla gedir. Bütün silahlı birləşmələr arasında koordinasiya tam şəkildə təmin edilib. Əminəm ki, bu əks-hücum əməliyyatının bundan sonra da uğurlu nəticələri olacaqdır”.
Ermənistan və ona havadarlıq edən qüvvələr də ordumuzun gücünü və qüdrətini artıq yaxşı bilir. Düşmən aydın şəkildə başa düşür ki, müasir Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır və işğal altındakı torpaqla¬rımızın bütövlükdə qaytarılacağı və ya Ermənistanın buna məcbur ediləcəyi gün yaxındadır.
Belə bir orduya sahib olan Azərbaycan rəhbəri möhtərəm İlham Əliyev uzun illər ən yüksək tribunalardan daim bəyan edib ki, əgər münaqişənin həllində sülh danışıqları səmərə verməsə, işğal altındakı torpaqlarımız hərbi yolla azad ediləcək.
Artıq xalqımız o günü yaşayır. Azərbaycan Ordusunun vətənpərvər, cəsur və mərd oğulları tərəfindən cəbhədə bir-birinin ardınca uğurlar əldə edilir, düşmənlə təmas xəttində döyüş şücaəti, qətiyyəti göstərilir, xalqımızın illərdən bəri gözlədiyi Böyük Qələbə salnaməsinin ilk səhifələri yazılır. Hər bir vətəndaşımızda olan ruh yüksəkliyi, orduya inam, qələbəyə əminlik hissi sarsılmaz Azərbaycan Ordusunu yeni-yeni qələbələrə ruhlandırır. Hamı inanır, əmindir ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz tez bir zamanda yağı düşməni doğma torpaq¬larımızdan qovacaq, bizə zəfər bayramı, qələbə sevinci yaşadacaq.
Heç bir gücə, heç bir məntiqə əsaslanmayan bəyanatlar verən, cəbhə xəttində təxribatlar törədən, Azərbaycanın yaşayış məntəqələrini atəşə tutan, danışıqlar prosesini pozan Ermənistan və onun rəhbərliyi anlamalı idi ki, bir gün mütləq Azərbaycan xalqı¬nın səbir kasası dolacaq və haqq-ədalət bərpa olunacaq. “Qarabağ Ermənistandır və nöqtə” deyərək yeni torpaqlar işğal etməyə hazırlaşdıqlarını açıqlayan Nikol Paşinyan və onun hakimiyyəti hazırda döyüş meydanından qaçaraq beynəlxalq ictimaiyyətdən yardım dilənir. Lakin artıq dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar da Nikol Paşinyanın və hakimiyyətinin yalanlarından beziblər.
Ali Baş Komandanın tapşırıqlarını şərəflə yerinə yetirən silahlı qüvvələrimiz də tarixi zəfər yolunda inamla irəliləyir. Düşməni işğal altında olan torpaqlarımızdan təmizləmək əmrini icra edən ordumuz xalqımızı yeni-yeni qələbələrlə sevindirir. Azərbaycan xalqı Dağlıq Qarabağa öz sülh həyatını qaytaracaqdır. İşğaldan azad olunacaq bütün torpaqlarda həyat bərpa olunacaqdır. Lazımi infrastruktur yaradılacaq və normal həyat yaşanacaqdır. Azərbaycan xalqı öz haqq müharibəsini aparır. Torpaqlarımızın azad olunmasında israrlıyıq və bu missiyadan xalqımızı heç kəs döndərə bilməz.

Keçidlər