Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin təşəbbüsi ilə Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması ilə birgə “İşğaldakı mədəniyyətimiz” mövzusunda tədbir keçirilmişdir.

20 dekabr 2014 | 16:00

14 dekabr 2014-cü il tarixində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin təşəbbüsi ilə Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması ilə birgə “İşğaldakı mədəniyyətimiz” mövzusunda tədbir keçirilmişdir. Mədəniyyət və İncəsənət Universitetinin təşəbbüsü ilə keçirilən tədbirin əsas məqsədi universitetin tələbələrini Qarabağın mədəniyyəti ilə tanış etməkdir. Tədbir çərçivəsində Qarabağın-Şuşanın rəsmlərindən ibarət sərgi keçirilmiş, Elçin Əhmədovun və Tatyana Çaladzenin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair kitabları paylanmış və həmçinin tələbələr ilə görüş keçirilmişdir.
Tədbirdə Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının rəhbəri, Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov və Şuşa rayon İcra Hakimiyyəti və İcmanın əməkdaşları iştirak etmişdirlər.
Tədbirdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti rektoru, professor Fərəh Əliyeva,  Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının rəhbəri, Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, Şuşa rayon İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Vüsalə Fətəliyeva, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri çıxış etmişdirlər.

Keçidlər