Azərbaycan humanitar atəşkəs şərtlərinə əməl edir.
Azərbaycan Ordusu humanitar atəşkəs rejiminə əməl edir. Azərbaycan Ordusunun bölmələri heç bir atəş açmır və hücum həyata keçirmir. İşğal altında olan yaşayış məntəqələrinə guya Azərbaycan Ordusunun raket zərbələri endirməsi barədə Ermənistan tərəfinin yaydığı məlumat yalandır və dezinformasiyadır.
Ermənistanın bu əməlləri Moskvada əldə olunmuş humanitar atəşkəs razılaşmasına ziddir. Azərbaycan humanitar atəşkəs rejiminə əməl etdi, Ermənistan isə mülki əhaliyə qarşı vandalizm aktı törətdi. Beynəlxalq təşkilatlar Ermənistana siyasi təzyiq göstərməlidir. Ermənistan həm qara bazardan, həm də mülki təyyarələrdən istifadə etməklə yeni silahlar gətirir. Bu, beynəlxalq mülki aviasiya qaydalara da tamamilə ziddir.
Azərbaycan danışıqların ATƏT-in Minsk qrupu çərçivəsində həllinə sadiqlik nümayiş etdirdi. Amma əfsuslar olsun ki, Ermənistan bu razılaşmanı pozaraq Azərbaycanın mülki əhalisini atəşə tutdu. Ermənistan özü də etiraf edir ki, mülki əhaliyə hücum etməklə hansısa məqsədə nail olmaq istəyir. Ermənistan həm təmas xətti boyunca yerləşən yaşayış məntəqələrini, həm də təmas xəttindən 100 kilometr uzaqlıqda yerləşən yaşayış məntəqələrini atəşə tutur. Əgər Ermənistan bu əməllərini davam etdirəcəksə, Azərbaycan beynəlxalq hüquqa uyğun olaraq cavab tədbirləri görəcək. Biz Ermənistanın silahlı qüvvələri ilə mübarizə aparırıq, mülki əhali bizim hədəfimiz deyil. Hərbçilər döyüş meydanında döyüşməli, mülki əhaliyə qarşı müharibə aparmamalıdır.
ATƏT-ə üzv dövlətlərin nümayəndələri Ermənistanın humanitar atəşkəsi pozması barədə ətraflı məlumatlandırılıblar. Beləliklə, Ermənistan atəşkəsdən dərhal sonra Azərbaycanın yaşayış məntəqələrini atəşə tutmağa başlayıb, eyni zamanda, Hadrut və Cəbrayıl istiqamətində hücuma keçməyə çalışıb, eləcə də həlak olmuş əsgərlərin cəsədini toplayan tibbi heyəti də atəşə tutmaqdan çəkinməyib. Eyni zamanda, humanitar atəşkəs elan edildikdən dərhal sonra, yəni oktyabrın 11-nə keçən gecə Azərbaycanın ikinci böyük şəhəri Gəncənin raket hücumuna məruz qalması geniş şəkildə iclas iştirakçılarının diqqətinə çatdırılıb. Qeyd edilib ki, cəbhə bölgəsindən kənarda yerləşən və “SCUD“ ballistik raketi ilə atəşə tutulan şəhərdə 10 mülki şəxs öldürülüb, 40-dək mülki şəxs yaralanıb. Bu hücum ATƏT-in iştirakçı dövlətinin “SCUD“dan istifadə etməklə mülki əhaliyə hücumunu əks etdirən ilk tarixi hadisə kimi tarix kitablarına düşəcəkdir.