Şriftin ölçüsü :

Saytın rəngi :

Ali baş Komandan, Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuz yenilməz, şərəfli, qeyrətli tarix yazır.

04 noyabr 2020 | 16:00

Azərbaycan hərb tarixində ərazi bütövlüyü uğrunda əsrlərdir ki, bu cür birlik, cəsarət, mətinlik, döyüş tapşırıqlarını dəqiq və sərrast yerinə yetirən nizamlı, intizamlı ordusu olmamışdır. Hərbi ordumuzun möhtəşəm xidmətləri ilə fəxr edirik ! Cənab Prezidentin dünyanın nüfuzlu kütləvi informasiya nümayəndələrinə verdiyi müsahibələr, diplomatik siyası müstəvidə mübarizələr Azərbaycan dövlətinin nüfuzunu dünyada yüksəkliyə qaldırdı. Düşmənin erməni xislətini, quldurluğunu, vəhşiliyini, törətdiyi terrorları faktlarla dünyaya tanıdan Prezident öz torpağındakı haqlı ərazi butövlüyünün bərpası yolunda əks əməliyyatlarını beynəlxalq aləmə bəyan edir. Azərbaycanın dilbər guşələrinin kəndlərini, şəhərlərini, zirvələrini Müzəffər Ordumuz azad etdikcə sevincimizin həddi - hüdudu olmur. Möhtərəm Prezidentimizə minnətdarlığımız sonsuzdur. İgid Əsgərlərimizə dualar edirik, ümidlə gözləyirik ki, Qarabağın zümrüd tacı, Azərbaycanın mədəniyyət beşiyi Şuşa da işğaldan azad olunacaq, Azərbaycan Bayrağı Qala Qapısında asılacaq. Qələbələrə doğru gedən Ordumuza güc, qüvvət, Böyük Zəfər arzu edirik. Cinayətin və terrorun birləşməsi olan erməni fitnəkarlağına son qoyulmasına çox az qalır ! Torpağımıza göz dikən, 30 il işğalda və istismarda vətənimizi zorla saxlayan miskin, vəhşi ermənilərin son aqibətləri məğlubiyyətlə qurtarır. Qarabağ Azərbaycandır ! Qarabağ bizimdir, bizim doğma yurd, yuvamızdır !

Yap Şuşa rayon Qadınlar Şurasının sədri - Vüsalə Fətəliyeva

Keçidlər