Bu gün Azərbaycanda Dövlət Bayrağı günüdür.
Bu gün Azərbaycanda Dövlət Bayrağı günüdür.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli Sərəncamına əsasən, hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilir.
Bayraq - bir ölkəni, təşkilatı, quruluşu və ya birliyi işarələyən, əsasən parçadan olan dövlət rəmzi olub, müharibələr, inqilablar, nümayişlər zamanı öndə, insanların başı üzərində aparılan, müxtəlif rəsmi təşkilatların binalarının qarşısında dirəyə asılan və həmin təşkilatı təmsil edən, Vətən uğrunda şəhid olanların qəbirləri üzərinə salınan dövlət atributudur. Bayrağın üzərindəki hər rəng və simvol bir özəl məna daşıyır. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir.
09.11.2020-ci il tarixi isə ən özəl Dövlət Bayrağı günü kimi əbədi tarixə yazılır, çünki artıq üçrəngli, şərəf rəmzi olan Bayrağımız işğaldan azad olunmuş Cəbrayılda, Fizulidə, Zəngilanda, Qubadlıda, Qarabağımızın incisi, mədəniyyət beşiyi olan Şuşamızda qürurla dalğalanır. Bizlərə qələbənin, zəfərin sonsuz sevinc hissini bəxş edən Ali Baş Komandanımız İlham Əliyevə minnətdarlığımız sonsuzdur. Prezident İlham Əliyevin rəhbərliyi ilə, onun əmrinə tabe olaraq Şanlı Ordumuz, şücaətli, qorxmaz əsgərlərimizin canı bahasına torpaqlarımız azad edilir və bayrağımız Qarabağda dalğalandırılır. Xalq Sizinlədir, Ali Baş Komandan ! Allah Sizi və Şanlı Azərbaycan Ordusunu qorusun ! Qarabağ bizimdir ! Qarabağ Azərbaycandır !
Hər bir Azərbaycan vətəndaşının Bayraq günü mübarək olsun !