17 yanvar 2015-ci ildə “Ramana - 450” qəsəbəsində 20 yanvar faciəsi ilə bağlı anım tədbiri keçirilmişdir.
17 yanvar 2015-ci ildə “Ramana - 450” qəsəbəsində 20 yanvar faciəsi ilə bağlı anım tədbiri keçirilmişdir.
20 Yanvar hadisəsi xalqımızın yaddaşına qanlı faciə kimi daxil olsa da, bütövlükdə milli tariximizin ən şanlı və qəhrəmanlıq səhifələrindən birini təşkil edir. Respublikanın hər yerində 20 yanvar faciəsinin 25 illiyi ilə bağlı anım tədbirləri keçirilmişdir. Belə tədbirlər Şuşalıların məskunlaşdığı bütün rayonlarımızda o cümlədən rayon əhalisinin kompakt yaşadığı “Ramana -450” qəsəbəsində keçirilmişdir. Tədbirdə Şuşa Rayon İcra Hakimiyyətinin məsul işçiləri, ziyalılar, rayonun idarə və müəssisə rəhbərləri iştirak etmişdir.Tədbirin əvvəlində 20 yanvar şəhidlərinin ruhu 1 dəqiqəlik sükutla yad edilmiş,Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini, ictimai –siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vüsalə xanım Fətəliyeva çıxış edərək 20 Yanvar hadisələrini Azərbaycan xalqının tarixində ağrılı olduğu qədər şanlı olduğunu bildirmişdir. Bu faciə Azərbaycan xalqının leqitim azadlıq hərəkatına daha da rəvac vermiş, öz müstəqilliyini elan etməklə Azərbaycan dövləti yenidən doğulmuşdur. Azərbaycanın müstəqillik illərində əldə etdiyi irəliləyiş və müstəqil siyasət haqqında danışmışdır. Sonra 20 yanvar faciəsi ilə bağlı film nümayiş edilmişdir. Malıbəyli kənd 1 saylı orta məktəbin şagirdləri 20 yanvar faciəsinə həsr olunmuş ədəbi- bədii kompozisiya ilə çıxış etmişlər.