Şriftin ölçüsü :

Saytın rəngi :

Şuşanın işğaldan azad edilməsi şanlı Qələbənin rəmzidir

18 noyabr 2020 | 16:00

Şuşanın işğaldan azad edilməsi Azərbaycan xalqının gücünü, Ordunun peşəkarlığını, hərbçilərin cəsarətini və qəhrəmanlığını göstərdi. Şuşanın azad edilməsi çox böyük peşəkarlıq, cəsarət tələb edən əməliyyat idi. 28 il erməni vandallarının işğalı altında olan Şuşanın 08.11.2020-ci ildə  azad edilməsi Azərbaycanın möhtəşəm qələbəsidir. Şuşanın azadlığa qovuşması müzəffər azərbaycan ordusunun şücaəti, xalqımızın birlik ruhunun möhkəmliyi, şəhidlərimizin qanı bahasına,cənab Ali Baş Komandan  İlham Əliyevin uzaqgörən siyasəti,əzmkarlığı hesabına   baş verdi. 44 gün ərzində müntəzəm surətdə müxtəlif mənbələrdən, müxtəlif ünvanlardan müxtəlif təzyiqlər, təhdidlərin olmasına rəğmən Azərbaycan zəfər çaldı. Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları möhtəşəm Qələbəni böyük qürur hissi ilə qeyd edir. Azərbaycan xalqı tarixi ədaləti güc, birlik, igidlər və şəhidlər hesabına bərpa etdi. Dövlət başçımızın bayrağımızı tarixi Xudafərin körpüsündə qaldırması Azərbaycan xalqı üçün qürur və fəxarətdir. Xalqımızın mənəviyyatında, tarixində dərin iz buraxan Xudafərin həm də milli qürur məsələsidir. . Düşmən tərəfindən vurulmuş ziyan hazırda hesablanır. Zərərçəkmiş bütün insanlar dövlət dəstəyi hesabına öz dədə-baba torpaqlarına qayıdacaqlar. Bu işlər planlı şəkildə aparılacaq. İlk növbədə, ziyan hesablanacaq, onun dəqiq uçotu aparılacaq, ondan sonra bərpa-yenidənqurma işləri görüləcəkdir
        Azərbaycan hökuməti işğaldan azad olunmuş bütün ərazilər üçün yeni böyük baş plan tərtib edəcək. Bütün inzibati binalar, ictimai binalar, məktəblər, tibb ocaqları tikiləcək. Bütün infrastruktur yenidən  yaradılacaq. Küçələr, parklar, xiyabanlar salınacaq. Bütün şəhərlərdə qələbə abidələri ucaldılacaq və doğma torpaqlarimiza  həyat qayıdacaq.

Keçidlər