Şriftin ölçüsü :

Saytın rəngi :

Kəlbəcərin qaytarılması Azərbaycanın möhtəşəm tarixi Qələbəsinin daha bir təsdiqidir.

27 noyabr 2020 | 16:00

Azərbaycan Vətən müharibəsinin 44 günü ərzində 4 rayonu, Şuşa və Dağlıq Qarabağdakı digər torpaqlarımızın mühüm hissəsini hərbi yolla işğaldan azad etmişdisə, noyabrın 20-də Azərbaycana qovuşan Ağdamı, indi isə Kəlbəcər rayonunu siyasi yolla nəzarəti altına keçirir.
     Kəlbəcərin azad olunması ilə Azərbaycan BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsini, ümumilikdə isə, bütün qətnamələrini faktiki olaraq məhz özü hərbi-siyasi yolla yerinə yetirdi.
        Kəlbəcərlilər Azərbaycan Respublikasının 56 rayon və şəhərinin 707 yaşayış məntəqəsində qaçqınlıq şəraitində yaşayır. Kəlbəcər rayonu ərazisində qalmış 13.000-dək fərdi mənzil, 37.852 ha meşə sahəsi ermənilər çıxarılanadək də talan edilmişdir.Günahsız insanlar öz dədə-baba torpağından vəhşicəsinə qovulmuş. Kəlbəcərin tarixi abidələrinə, təbiətinə böyük ziyan vurulmuşdur. Bu gün Kəlbəcərin ermənilərdən boşaldılması işğalçının eybəcər siması və barbarlığının, erməni vandalizminin növbəti nümayişi oldu. Ermənistana unitazla qaçan "sakin" erməni məzhəkəsi nümunəsidirsə, azərbaycanlılara qalmaması üçün evlərə, bağlara od vuran ermənilər isə öz vəhşi, dağıdıcı xislətlərini nümayiş etdirirlər.Kəlbəcər şəhərində məktəb direktorunun orta məktəbə od vurması düşmənin mənəvi-əxlaqi baxımdan dibə vurduğunu, deqradasiyanı dünyaya nümayiş etdirdi. İşğal altında qaldığı müddət ərzində aparılan qanunsuz istismarın miqyasının dəqiq uçotu aparılaraq, işğalçı Ermənistan tərəfi beynəlxalq hüququn tələblərinə uyğun olaraq vurulmuş ziyanın ödəməyə məcbur ediləcək.
     Ali Baş Komandanın qətiyyətli iradəsindən, xalqımızın möhtəşəm dəstəyindən ilhamlanan Azərbaycan Ordusu cəbhənin bütün istiqamətlərində düşmənə sarsıdıcı zərbələr vuraraq şanlı qələbəmizi təmin etdi. Ermənistan və ona havadarlıq edən qüvvələr də ordumuzun gücünü və qüdrətini gördü..
Belə bir orduya sahib olan Azərbaycan rəhbəri möhtərəm İlham Əliyev uzun illər ən yüksək tribunalardan daim bəyan edirdi ki, əgər münaqişənin həllində sülh danışıqları səmərə verməsə, işğal altındakı torpaqlarımız hərbi yolla azad ediləcək.
Artıq xalqımız o günü yaşayır. Azərbaycan Ordusunun vətənpərvər, cəsur və mərd oğulları tərəfindən cəbhədə bir-birinin ardınca uğurlar əldə edilməklə,  xalqımızın illərdən bəri gözlədiyi Böyük Qələbə salnaməsi yazıldı. Heç bir gücə, heç bir məntiqə əsaslanmayan bəyanatlar verən, cəbhə xəttində təxribatlar törədən, Azərbaycanın yaşayış məntəqələrini atəşə tutan, danışıqlar prosesini pozan Ermənistan və onun rəhbərliyi anlamalı idi ki, bir gün mütləq Azərbaycan xalqının səbir kasası dolacaq və haqq-ədalət bərpa olunacaq. “Qarabağ Ermənistandır və nöqtə” deyərək yeni torpaqlar işğal etməyə hazırlaşdıqlarını açıqlayan Nikol Paşinyan və onun hakimiyyəti rüsvay oldu və bu ölkənin normal həyata qayıtması illər çəkəcək.Ölkəsini uçuruma aparan ermənistan höküməti xalqının gələcəyini düşünmədən atdığı addımlar, işğalçılıq siyasəti bu gün ernəni xalqını acınacaqlı vəziyyətə salıb. 
Bütün çətinliklərə baymayaraq ,uzun illər diplomatiya sahəsində, beynəlxalq təşkilatlarda təmsil olunmaqla hüquqi sahədə dünya dövlətlərinin dəstəyi ilə bərabər döyüş meydanında  qazandığımız möhtəşəm qələbə azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. 
     Məcburi köçkünlər tez bir zamanda öz doğma torpaqlarına qayıdacaq,işğaldan azad olunmuş bütün torpaqlarda həyat bərpa olunacaq, lazımi infrastruktur yaradılacaq,Azərbaycan xalqı Dağlıq Qarabağda əvvəllər oduğu kimi  sülh,əminamalıq içində yaşayacaqdır. 

Keçidlər