26 yanvar 1992 - ci il Daşaltı əməliyyatı
26 yanvar 1992 - ci il Daşaltı əməliyyatı zamanı və 28 yanvar 1992 - ci il tarixlərində "Ağdam-Şuşa" marşrutu ilə uçan “Mİ-8” mülki vertolyotunun erməni terrorçuları tərəfindən vurulması nəticəsində şəhid olanların ailələri ilə “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması”nın Mərkəzi qərargahında görüş keçirilmişdir.Tədbirdə “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması”- nın rəhbəri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, Milli Məclisin deputı Elman Məmmədov, Rayon İcra Hakimiyyətinin məsul işçiləri, idarə və müəssisə rəhbərləri, ziyalılar iştirak etmişlər. Tədbirdə çıxış edənlər həmin hadisələr barədə öz xatirələrilə iştirakçılarla bölüşmüş, Prezidentimizin düzgün xarici və daxili siyasətindən, respublikamızın inkişafından, bu günki stabillikdən danışmışlar.Sonda Rayon İcra Hakimiyyəti tərəfindən şəhid ailələrinə ərzaq sovqatı bağlaması paylanmışdır.