Azərbaycan gənclərinin IX Forumu çərçivəsində Qarabağ zonası üzrə toplantı keçirildi.
Azərbaycan gənclərinin IX Forumu çərçivəsində Qarabağ zonası üzrə toplantı keçirildi.
Dekabrın 9-da keçirilən Qarabağ zona toplantısı "Biz Birlikdə Güclüyük!" şüarı altında onlayın formatda baş tutub. Toplantıda Azərbaycan Respublikası Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev, Azərbaycan Respublikasının Milli Məclisinin Deputatı Könül Nurullayeva, Azərbaycan Gənclər Fondunun nümayəndisi Vusalə Niftəliyeva iştirak ediblər. Qarabağ zonasına daxil olan rayonlardan 400 nəfərdən artıq gəncin iştirakı ilə keçirilmiş zona toplantısını Şuşa rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Bayramov açaraq forum iştirakçılarını salamlayıb və Qarabağ vətən müharibəsində müzəffər ordumuzun qələbəsi münasibəti ilə iştirakçıları təbrik edib, ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan vətən övladlarının ruhu bir dəqiqəlik sükutla yad edilib. Zona toplantısı iştirakçıları Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin tarixi qələbəsi, ölkəmizin regional güc mərkəzinə çevrilməsi, “Böyük Qayıdış”da gənclərin vəzifələri, düşmən tapdağından azad edilmiş ərazilərdə məskunlaşma, yenidən qurulması və inkişaf, həmçinin gənclərin sağlamlığı – xalqın sağlamlığıdır mövzularında çıxışlar ediblər. Zona toplantısında Qarabağ zonası üzrə Azərbaycan Gənclərinin IX Forumunun Respublika toplantısında iştirak edəcək 70 nəfər nümayəndə seçilib və Zona Toplantısı adından Qətnamənin qəbulu ilə başa çatıb.
Qeyd edək ki, toplantı Prezident İlham Əliyevin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.7.1.-ci yarımbəndinin icrasının təmin edilməsi məqsədilə keçirilir.