29 yanvar 2015-ci il tarixində Şuşa Rayon İcra Hakimiyyəti Başçısı Yanında Şura iclası keçirilmişdir.
29 yanvar 2015 | 16:00
Gündəlikdə duran 3 məsələ ilə bağlı Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vüsalə Fətəliyeva, Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Ramiz Yusifov, rayon Maliyyə şöbəsinin müdiri Böyükağa Əhmədov çıxış etmişlər. Hər məsələ üzrə Qərar layihələri səsə qoyulmuş, qəbul edilmişdir