Şuşa rayonunun gəncləri “2 fevral - Azərbaycan Gəncləri Günü”nü qeyd etdilər.
Şuşa rayon Gənclər və İdman İdarəsi "2 fevral - Azərbaycan Cəncləri Günü" münasibəti ilə Şuşa məktəbləri arasında Peintboll hərbi idman oyununun çempionatını keçirmişdir. Çempionatın açılışında Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vüsalə Fətəliyeva, Şuşa rayon Təhsil şöbəsinin müdiri Təvəkkül Əliyev və digər qonaqlar gəncləri təbrik etmiş, onlara çempionatda uğurlar arzulamışlar.
Çempionatının keçirilməsində əsas məqsəd gənclərin hərbi xidmətə hazırlıq səviyyəsini yüksəltmək, atıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsini təmin etmək, hərbi vətənpərvərlik ruhunun yüksəldilməsidir. Gərgin mübarıiə şəraitində keçən çempionatın qalibləri müəyyən olmuşdur.