Cənab Prezident,Sizin ad gününüzü, qarşıdan gələn “Dünya Azərbaycanlılarının Həmrəylik Günü”nü və “Yeni il”inizi bütün şuşalılar adından təbrik edirik.
Cənab Prezident ! “Əziz Şuşa, Sən azadsan!”- cümləsi ilə Qarabağın mədəniyyət mərkəzini, görkəmli şəxsiyyətlərin Vətənini, milli mənəviyyatın qayıdışını elan edərək, bütün azərbaycanlılara, şuşalılara misilsiz sevinc bəxş etdiniz. “Əziz Şuşa, biz qayıtmışıq, biz səni dirçəldəcəyik!”- söylədiyiniz, 28 ildən sonra hər bir vətəndaşa böyük xoşbəxtlik bəxş etməklə, tarixi ədaləti bərpa etdiniz!
2020-ci ilin sonu tarixə qızıl hərflərlə “Qələbə”, “Zəfər” sevincilə yaddaşlara həkk olundu. Vətən müharibəsində Böyük Qələbə və tarixi “Zəfər“ bayramını, eyni zamanda, Sizin ad gününüzü, qarşıdan gələn “Dünya Azərbaycanlılarının Həmrəylik Günü”nü və “Yeni il”inizi bütün şuşalılar adından təbrik edirik. 2021-ci ilin sülh, əmin-amanlıq və dinc quruculuq ili olmasını, xalqımızın sarsılmaz birliyi sayəsində vətənimizin, dövlətimizin daha da çiçəklənməsini arzu edirik. Allah Sizinlə birlikdə duaları, xoş sözləri ilə bütün müharibə dövründə xalqı ilə birlikdə olan Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, ailənizə can sağlığı, xoşbəxtlik, bəxş etsin! Aydın gələcəyimiz üçün istəklərinizin gerçəkləşməsində Uca Tanrı köməyininz olsun!