Şriftin ölçüsü :

Saytın rəngi :

Fevralın 4-də görkəmli ictimai xadim, müğənni, bəstəkar, xalq artisti, professor Polad Bülbüloğlunun 70 yaşı tamam olur.

04 fevral 2015 | 16:00

Bu münasibətlə Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icması İctimai Birliyinin sədri Bayram Səfərov icmanın idarə heyətinin üzvü olan Polad Bülbül oğluna yubiley münasibəti ilə fəxri diplomu tədqim etmişdir.

Fevralın 4-də Heydər Əliyev Sarayında Polad Bülbüloğlunun 70 illiyinə həsr olunmuş təntənəli yubiley gecəsi keçiriləcək.

Bu günki yubiley tədbirində Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri Bayram Səfərov, SSRİ xalq artistləri İosif Kobzon, Nani Breqvadze, Jurabek Murodov, Rusiyanın xalq artistləri Lev Leşenko, Larisa Dolina, Zaur Tutov, Nikolay Baskov, Lüdmila Rümina, Yuri Antonov, Rusiyanın və Gürcüstanın xalq artisti Tamara Qverdsiteli, Özbəkistanın xalq artisti Fərrux Zakirov, Gürcüstanın xalq artisti Vaxtanq Kikabidze, Alsu, Dmitri Malikov, görkəmli mədəniyyət və ictimai xadimlər Mixail Şvıdkoy, Yuli Qusman, Mixail Qusman, Zurab Sereteli, Tahir Salahov, Andrey Dementyev, Düsen Kaseinov, Anatoli İksanov, Yekaterina Rojdestvenskaya və digər mədəniyyət, incəsənət xadimləri, dövlət və hökumət nümayəndələri iştirak edəcək.

Qeyd edək ki, P. Bülbüloğlu prezident İlham Əliyevin 3 fevral 2015-ci il tarixli sərəncamı ilə Azərbaycanın mədəni və ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə “Şərəf” ordeni ilə təltif edilib.

Keçidlər