Şriftin ölçüsü :

Saytın rəngi :

Post müharibə dövrünə aid vəzifələr

08 yanvar 2021 | 16:00

Post müharibə dövrünə aid vəzifələr

  • Ziyan dəymiş 9 mindən çox ev bərpa ediləcək.
  • Azərbaycan dövləti  vətəndaşların  itirilmiş əmlakının bərpası üçün vəsaitin verilməsini təmin edir.
  • Gəncə şəhərində Ermənistan tərəfindən ballistik raketlərlə dağıdılmış yaşayış binalarının əvəzinə yeniləri tikilməli, həmin binalar  isə xatirə komplekslərinə çevrilməlidir.
  • Şəhərlər bərpa olunarkən   hər bir şəhərdə dağıdılmış yerlər Ermənistan işğalının açıq səma altında muzeyi kimi qalmalıdır.
  • Azad olunmuş bütün şəhərlərdə memorial komplekslər, Zəfərimizi əks etdirən abidələrlə bərabər, işğal muzeyləri də yaradılmalıdır.  

Həm Azərbaycan vətəndaşları bunu heç vaxt unutmasınlar, həm də xaricdən gələn qonaqlar görsünlər biz hansı vəhşilərə qarşı müharibə aparmışıq, öz torpağımızı və Cənubi Qafqazı hansı bəladan xilas etmişik.
Prezidentin göstərişi ilə, minaların təmizlənməsi ilə məşğul olan ANAMA yaxınlarda yenidən təşkil ediləcək,  Ərazilərin Bərpası Agentliyi ilə birləşdirilə bilər.
Qurumun işçilərinin sayı artırılacaq, ən müasir texnika ilə təchiz ediləcək.
Müdafiə Nazirliyində ən azı ilkin mərhələdə iki istehkamçı tabor yaradılacaq.
Bütün ərazilərin, şəhərlərin bərpası ilə əlaqədar vahid konsepsiya olmalıdır. Hər şəhər üzrə vahid konsepsiya olmalıdır.
İlk növbədə, böyük yaşayış məntəqələri bərpası ediləcək.  
Bu tarixi yaşayış məntəqələrində məskunlaşacaq insanlar öz ailə büdcələrini orada işləyərək təmin edə bilməlidirlər.
Azad olunmuş ərazilərdə torpaq islahatı yeni meyarlarla aparılmalı, hansı torpaqların dövlət torpaq fonduna, meşə fonduna veriləcyi dəqiq bilinməlidir.
Azad edilmiş torpaqlarda əsas fəaliyyət sahələri kənd təsərrüfatı, kənd təsərrüfatı emalı, turizm  və dağ-mədən sahələri olacaqdır.
Ermənilər zəbt etdikləri yerlərdə məskunlaşsa da, heç bir infrastruktur yaratmayıblar, çünki  nə iqtisadi və insani resurs,  nə də istək olmayıb.
Prezident İlham Əliyev: Onlar heç vaxt bu torpaqları öz torpaqları kimi qəbul etməyiblər. Əks-təqdirdə Şuşa şəhəri belə acınacaqlı vəziyyətdə olmazdı. Əgər onlar tarixi saxtalaşdıraraq Şuşa şəhərini bütün dünyaya erməni şəhəri kimi təqdim etməyə çalışıblarsa, heç olmasa, oraya əl gəzdirərdilər.
Minalardan təmizləmə, şəhərsalma qaydaları, infrastruktur layihələri və tikinti işləri ən müasir standartlara cavab verməlidir. 
Bərpa işlərinə qədər dəymiş ziyan hesablanmalıdır.
Dağıdılmış və azad edilmiş bütün torpaqların peyk və dronlar vasitəsilə çəkilişi,   sənədləşdirilməsi, əgər belə demək mümkündürsə, pasportlaşdırılması aparılmalıdır.
Dağılmış məntəqələrin yerində şəhərlərin yaradılmasına ancaq beynəlxalq qiymətləndirmə aparılandan sonra başlanacaq ki,  məhkəmələrdə qarşı tərəf bizi   hansısa faktları saxtalaşdırmaqda ittiham edə bilməsin.
Tarixi abidələrin, ictimai binaların, dövlət binalarının, müəssisələrin, fərdi evlərin və çoxmənzilli binaların dağıdılması sənədləşdirilməli, qiymətləndirilməlidir.
Təzminat davasının başlanması üçün mütləq tanınmış beynəlxalq şirkətlərin rəyi olmalıdır.
İtirilmiş gəlir də hesablamalıdır, bu 30 il ərzində biz bu müəssisələrdən hansı gəliri götürə bilərdik.
Ekologiyaya vurulan ziyan hesablanmalıdır.  
İndi azad edilmiş ərazilərdə 1988-ci ildə meşə fondu 228 min hektar təşkil edirdi, 2020-ci ildə isə cəmi 174 min hektar. Yəni, 54 min hektar meşə fondu məhv edilib, qırılıb və bu, erməni cinayətinin növbəti nümunəsidir.
Ermənilər tərəfindən dağıdılmış meşələri bərpa etmək üçün xüsusi proqram tərtib olunmalıdır.
Bəzi beynəlxalq təşkilatlar və şirkətlər ermənilər öz vandallıqlarını həyata keçirməkdə yardım etmiş, torpaqlarımızda qanunsuz biznes fəaliyyəti göstərilmişdir. 
Təbii sərvətlərin qanunsuz istismar edən xarici şirkətlər təzminat ödəməsələr, bu məsələ məhkəməyə gedəcək.
Bundan sonra onların biznes fəaliyyəti demək olar ki, dayandırılacaq.
Prezident İlham Əliyev: Xərclərə nəzarət gücləndirilməlidir. Xüsusilə dövlət xətti ilə alınan mallara çox ciddi nəzarət olmalıdır. Bütün yersiz xərclərə son qoyulmalıdır.
Vətən müharibəsində şəhid olmuş qəhrəman hərbçilərimizin doğmalarına, yaxınlarına evlər veriləcəkdir.
Bakı şəhərində, Gəncə şəhərində, Sumqayıt, Mingəçevir şəhərlərində və hər hansı bir başqa yerdə köçkünlər üçün evlər tikilməməlidir.
Köçkünlər, yəni, keçmiş köçkünlər üçün evlər ancaq azad edilmiş torpaqlarda tikiləcək.
Keçmiş məcburi köçkünlərin 52 faizinin şəhərlərdə -Bakıda, Gəncədə, Sumqayıtda yerləşdirilməsi heç bir məntiqə sığmır.
Məcburi köçkünlər üçün nəzərdə tutulmuş evlər şəhid ailələrinə veriləcək. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin balansında olan mənzillər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına verilir.
İkinci Qarabağ müharibəsində şəhid olmuş qəhrəman hərbçilərin yaxınları bu evlərdə yerləşdirilməlidir.
Şəhid ailələri üçün müavinət 300 manatdan 500 manata artırıldı. Digər artımlar da var. 
Azad edilmiş torpaqlarda kənd təsərrüfatının inkişafı sistemli xarakter almalıdır və hökumət prioritetlər seçməlidir.
Ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün hansı məhsullar əkilməlidir. Azad edilmiş torpaqların həm bitkiçilik, həm də heyvandarlıq sahəsində çox böyük potensialı var.
Azad edilmiş torpaqların potensialından ərzaq təhlükəsizliyi və ixrac potensialının artırılması üçün istifadə olunacaq.
Aqrar məhsulların ixrac potensialı şaxələndirilməli, yeni bazarlar axtarılmalıdır.
Azad olunmuş torpaqlarda kənd təsərrüfatı xüsusilə bağçılıq sahəsində çox ciddi inkişaf edə bilər.
  Bağçılıqda, meyvə istehsalında bizimlə heç kim rəqabət apara bilməz.
Üzümçülüyün böyük potensialı var.
Azad edilmiş torpaqlarda, eyni zamanda, böyük enerji potensialı var.
Azad edilmiş ərazilər dünya üçün yaşıl enerji zonası kimi bir nümunə olacaq. 
Xudafərin və Qız qalası hidroqovşaqlarında qurulacaq su elektrik stansiyaları böyük enerji potensialına malikdir. Eyni zamanda, Kəlbəcər və Laçın rayonlarında su elektrik stansiyalarının yaradılması məsələsi gündəlikdədir.
Prezident İlham Əliyev: Biz dünyaya göstərəcəyik ki, nəinki bu əraziləri bərpa etdik, həm də dünyanın ən gözəl məkanlarından birinə çevirdik. 
240 meqavat gücündə külək elektrik stansiyasının tikintisinə start verilir, xarici investor bu stansiyanı öz pulu ilə tikəcək.  Xarici investorlar azad olunmuş torpaqlara cəlb edilməlidir. 
Azad edilmiş torpaqlarda ilkin infrastruktur layihələrinin icrası artıq başlamışdır.
Birinci layihə Şuşa şəhərinə yol layihəsidir. 
Digər vacib layihə  çox çətin relyefdən keçən Toğanalı - Kəlbəcər yoludur.
Toğanalıdan Kəlbəcərə çəkiləcək yol Laçın rayonuna da davam etdiriləcək.
Horadizdən Zəngilana, oradan Qubadlıya və oradan da Laçın rayonuna qədər yol çəkilməsi üçün də hazırlıq işləri gedir. 
Beləliklə, həm şimaldan, həm cənubdan Laçın və Kəlbəcər rayonlarına yol-nəqliyyat infrastrukturu yaradılır.
  Ya Laçın, ya da Kəlbəcər rayonunda yeni beynəlxalq hava limanı tikiləcək. Füzuli şəhərində isə beynəlxalq hava limanının tikintisinə artıq az vaxt qalıb.
  İki beynəlxalq aeroport Qarabağ zonasını bərpa etmək, yüklərin daşınması, turizmin inkişafı üçün bizə kömək göstərəcək.
  Horadiz-Füzuli və ondan sonra Füzuli-Şuşa dəmir yolunun tikintisi də nəzərdə tutulur.
Horadiz-Ağbənd (Zəngilan rayonunda Ermənistan sərhədinə yaxın olan qəsəbə) dəmir yolu da yenidən tikiləcək.
Naxçıvan dəhlizini açmaq üçün bu yol xüsusi əhəmiyyət daşıyır. 
Bu yoldan həm Azərbaycan, həm Türkiyə, həm Rusiya, həm Ermənistan, həm də İran istifadə edəcək. Bu yol gələcəkdə çoxtərəfli əməkdaşlıq üçün xüsusi əhəmiyyətə malikdir.
Ermənistan dəmir yolları Rusiya dəmir yollarının mülkiyyətindədir, bizim tərəf müqabilimiz, əlbəttə, Rusiyadır.  Biz bu məsələni Rusiya ilə müzakirə edirik.
Sərhədlərin qurulması istiqamətində təxirəsalınmaz işlər aparılmalıdır. 
Hazırda Dövlət Sərhəd Xidməti Zəngilan-Qubadlı sərhədinin mühafizəsi ilə məşğuldur. Kəlbəcər-Laçın istiqamətində Müdafiə Nazirliyinin qoşunları xidmət göstərirlər.
Ermənistanda revanşist qüvvələr var və biz onların bəyanatlarını diqqətsiz qoya bilmərik.
İranla  bərpa olunmuş sərhəd  dostluq sərhədidir, amma   sərhəd infrastrukturu mütləq yaradılmalıdır.
   Azad edilmiş ərazilərə biz bundan sonra da xarici nümayəndələri, jurnalistləri, diplomatik korpus nümayəndələrini, Azərbaycana səfər edən nümayəndə heyətlərini dəvət etməliyik.
Qarabağ bölgəsinin çox zəngin turizm potensialı vardır. Ona görə indidən turizm marşrutları işlənib hazırlanmalıdır ki, artıq həyat bu bölgəyə qayıdandan sonra vaxt itirmədən turizm sektoru da inkişaf etsin. 
Prezident İlham Əliyev: Müharibə cəmi iki aya yaxındır ki, başa çatıb. Amma görün, nə qədər böyük işlər görülüb.
Prezident İlham Əliyev: Biz Qarabağ bölgəsində cənnət yaradacağıq
Məhz 2021-ci ildə Azərbaycan xalqı və bütün dünya görəcək ki, bizim niyyətimiz həyatda öz əksini tapır, bizim planlarımız həyatda gerçəkləşir.
Prezident İlham Əliyev:   Vahid Azərbaycan dövləti bundan sonra uğurla, inamla inkişaf edəcəkdir.  

Keçidlər