Şriftin ölçüsü :

Saytın rəngi :

"Xoşbəxt xalqıq ki, özümüzü müstəqil dövlət kimi təsdiq etmişik" - Ali Baş Komandan İlham Əliyev

16 yanvar 2021 | 16:00

Müharibədən cəmi iki ay vaxt keçsə də, Azərbaycan dövləti böyük quruculuq işlərinə start verib.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən  yanvarın 14-də Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, həmçinin Füzuli rayonunda hava limanının təməlləri qoyuldu.Uçuş-enmə zolağının uzunluğu 2800 metr olacaq hava limanı beynəlxalq standartlara uyğun infrastrukturla təchiz ediləcək.Strateji əhəmiyyətli Füzuli Beynəlxalq Hava Limanı azad edilmiş bölgələrimizin inkişafı, ərazilərin bərpası, yüklərin daşınması, turizmin inkişafı üçün çox mühüm bir layihədir.Ölkəmizə gələcək qonaqlar Füzuli Beynəlxalq Hava Limanına gələrək, əsası qoyulmuş Füzuli-Şuşa dördzolaqlı və bəzi yerlərdə altızolaqlı yeni avtomobil yolu ilə çox rahat və qısa müddətə Şuşa şəhərinə gedə biləcəklər.Şuşaya çəkilməkdə olan yol geniş və yüksək keyfiyyətli olacaq.
İndiki vəziyyətdə işğaldan azad olunmuş rayonlarda aeroportların inşası vacibdir, çünki insanları operativ şəkildə ora aparmağa ehtiyac yaranır.Vaxtında Gəncə, yaxud Lənkəran, Qəbələ hava limanı tikilməsi ötən il iyul hadisələrindən sonra Azərbaycanla birgə hərbi təlimlər keçən türk hərbçilərinin və təyyarələrinin gəlməsi üçün mühüm rol oynadı.Azad edilmiş torpaqlarımızda ikinci beynəlxalq hava limanı Kəlbəcər və ya Laçın rayonlarının ərazisində inşa edilməsi nəzərdə tutulur.
    Düşməni torpaqlarımızdan qısa müddət ərzində qovduğumuz kimi Qarabağı da qısa müddətdə bərpa edəcəyik.Şuşanın bərpası üçün baş plan hazırlanır. Bütün binaların təftişi aparılıb.Şuşa Azərbaycan dövlətinin mədəniyyət paytaxtı kimi dünyanın ən gözəl şəhərlərinin birinə çevriləcək. Abidələrin əsl siması özlərinə qaytarılacaq.
       Adətən, bir ölkənin tarixində yeni dövr, yeni mərhələ yarada bilmiş liderlərin ardıcılları haqqında “onun yetişdirdiyi xalq” ifadəsi işlənir. Milli Lider İlham Əliyevin hakimiyyətdə olduğu son illərdə vətənpərvər, güclü, milli ruhda tərbiyə almış gənc nəsil yetişib.Bütün nəsillərdən olan vətəndaşlarımızın Qələbədə böyük zəhməti, payı var.Ancaq əsas yükü, əsas vəzifəni gənc nəsil yerinə yetirdi. Döyüşdə qəhrəmanlıq göstərən, öz şücaətləri ilə dünya hərbi ekspertlərini heyrətə salan əsgər, MAXE və zabitlərin çoxu ali təhsilini, orta təhsilini, hətta bir çox hallarda məktəbəqədər təhsilini İlham Əliyevin hakimiyyəti illərində alaraq vətənpərvər kimi yetişmiş 18-35 yaşlı gənclər idi.Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi 2003-cü ildə 10 yaşı, 15 yaşı olanların məhz vətənpərvərlik ruhunda tərbiyə alması, düşmənə nifrət hissi bizi Qələbəyə apardı və Azərbaycan tarixi ədaləti bərpa etdi.

 

Keçidlər