Azərbaycan xalqı ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olanları heç zaman unutmur, onların xatirəsini daim əziz tutur
Azərbaycan xalqı ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olanları heç zaman unutmur, onların xatirəsini daim əziz tutur. Ümummilli liderin müdrik və uzaqgörən siyasətinin layiqli davamçısı Prezident İlham Əliyev şəhidlərin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin həllinə xüsusi diqqət göstərir. Dövlət başçısı Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsinin dövlət səviyyəsində böyük ehtiramla yad edilməsi üçün müvafiq qərarlar qəbul edir. Vətən bizim varlığımız, fəxrimiz, qürurumuzdur. Vətənimiz Azərbaycan da qəhrəmanlar diyarı, cəsurlar məskənidir .
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu 44 gün ərzində işğal altında olan Azərbaycan torpaqlarını azad edərək qəhramanlıq səlnaməsi yazdı. Cənab Prezident İlham Əliyev 2018-ci ilin iyunun 26-da Azadlıq meydanında Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə keçirilən hərbi Paradda çıxışında qeyd etmişdi: “Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orda qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətriləcək və hərbi paradda göstəriləcək. Biz bu günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq” Artıq həmin günün şahidi olduq. Qəhrəman Azərbaycan Ordusu 8 noyabr tarixində Qarabağın incisi, Azərbaycanın mənəvi paytaxtı Şuşanı azad etdi və Ermənistan 10 noyabr 2020-ci il tarixdə təslimçilik bəyanatını imzaladı.
Bu il xalqımız 20 Yanvar hadisələ¬rinin 31-cu ildönümünü qeyd edir, igid övladlarının fədakarlığını məhəbbətlə xatırlayır, onların əziz xatirəsini böyük ehtiramla yad edir. Xocalı faciəsi zamanı, 20 Yanvar hadisələrərində, I və II Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalmış ,Vətən uğrunda can¬la¬rını qurban vermiş mərd, igid oğul və qızla¬rımızın uyuduğu Şəhidlər xiya¬ba¬nı, digər qəbristanlıqlar xalqımız üçün müqəddəs bir and yerinə, milli iradəmizin şanlı-şərəfli bir salnaməsinə çevrilib. Şəhidlərimiz və Şəhidlər xiyabanı azadlığımızın, müs¬tə¬qil¬liyimizin, milli iradəmizin simvolu kimi bundan sonrakı nəsillərə də bir qürur mənbəyi olacaqdır.
Xalqımız ana Vətənin azadlığı, doğma diyarın istiqlalı, müqəddəs torpağın şərəfi, qeyrəti, namusu yolunda canını qurban verənləri həmişə qəlbində yaşadır, onları şərəf və qeyrət simvolu kimi xatırlayır, gənc nəslə nümunə kimi təqdim edir. Qəhrəmanlar heç vaxt unudulmur. Qədirbilən xalqımız belə qəhrəmanları həmişə qəlbində yaşadır, əbədi bir xatirə kimi yad edir.