Şriftin ölçüsü :

Saytın rəngi :

Respublikamızın bütün bölgələrində olduğu kimi, Şuşa Rayon Mərkəzi Xəstəxanasında da əhalinin COVID-19-a qarşı vaksinasiya prosesi aparılır.

22 yanvar 2021 | 16:00

Artıq bir neçə gündür ki, ölkəmizdə koronovirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı Respublika Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən  əhalinin vaksinasiya prosesinə başlanılıb.

Respublikamızın bütün bölgələrində olduğu kimi, Şuşa  Rayon Mərkəzi Xəstəxanasında da əhalinin COVID-19-a qarşı vaksinasiya prosesi aparılır.

Qeyd edək ki, Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” təsdiq edilib. Strategiyaya uyğun olaraq vaksinasiyanın birinci mərhələsində səhiyyə işçiləri, 65 yaşdan yuxarı şəxslər və hüquq-mühafizə orqanları tərəfindən əks-epidemik tədbirlərə cəlb olunan heyyət peyvənd olunacaq. Strategiyanın əsas məqsədi ölkədə geniş yayılmış koronavirus pandemiyasının qarşısının alınmasına, virusa yoluxma və ölüm səviyyəsinin aşağı salınmasına nail olmaqdır. Vaksinin əhəmiyyəti immuniteti gücləndirmək yolu ilə xəstəlikdən qorunmaq, infeksiyanın ötürülməsini məhdudlaşdırmaq, ölüm halının qarşısını almaq və nəticədə səhiyyə sisteminə düşən yükü azaltmaqdan ibarətdir.

Hazırda rayonda strategiyaya uyğun olaraq vaksinasiyanın birinci mərhələsində səhiyyə işçiləri peyvənd olunur. Növbəti mərhələdə risk qrupuna aid  olan vətəndaşlar vaksinasiyaya cəlb olunacaqlar.

Keçidlər