Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsinin iştirakçısı olan 18 nəfər Şuşalı gənc Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov ilə görüşmüşlər

28 yanvar 2021 | 16:00

 

Güclü siyasi iradəyə, yüksək sərkərdəlik məharətinə malik Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərlik etdiyi qüdrətli Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində hərb tariximizə qızıl hərflərlə yazılan Qələbə qazandı. Bu böyük və möhtəşəm Zəfər güclü Ordumuzun döyüş tapşırıqlarınının öhdəsindən layigincə gələrək işğal altındakı torpaqlarımızı düşməndən azad etməsi, ölkəmizin ərazi bütövlüyü bərpa edilməsi ilə başa çatmışdır.
Vətən müharibəsinin 18 nəfər Şuşalı gənc əsgəri Şuşa Rayon İcra Hakimiyyətinə görüşə gəlmişdir. Rayonun başçısı Bayram Səfərov əsgərlərimizlə görüşmüş, hər birini dinləyərək, keçdikləri şanlı, rəşadətli mübarizə yolları və onların problemləri ilə bağlı söhbətlər aparmışdır. Çox fəxrdir ki, mübariz gənclər Vətən yolunda olan bütün döyüşlərin iştirakçısı olmuşlar. Görüşdə Vətən müharibəsində rəşadətli ordumuzun sıralarında olan gənclər vətənpərvər, qorxmaz, cəsur döyüşləri ilə vətənin keşiyində hər zaman durmağa hazır olduqlarını bildirmişlər. Şanlı Azərbaycan Ordusunun sıralarında olmaqdan qürur duyan əsgərlərimizin hər biri ilə görüşlər davamlı olacaq. Qarabağı, Şuşanı erməni terroristlərdən azad edən şəhid əsgərlərimizə Allahdan rəhmət, yaralılarımıza isə şəfa arzu edilmişdir.

Keçidlər