Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev növbəti 10 il üçün Milli Prioritetləri təsdiq etdi

04 fevral 2021 | 16:00

   Həyata keçirilən sosial-iqtisadi quruculuq uzunmüddətli dövrdə Azərbaycanın yeni inkişaf mərhələsinə keçməsinə, sürətlə inkişaf edən, yüksək rifaha malik lider dövlət olmasına möhkəm zəmin yaratmışdır. Müstəqil və suveren Azərbaycan dövləti 2021/2030-cu illəri əhatə edən strateji mərhələyə daxil olur.  “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”i də bu mərhələdə qarşıda duran ən ümdə vəzifələri müəyyənləşdirilmişdir. Sərəncamda bildirilir ki, ölkənin ərazi bütövlüyünün bərpası ilə səciyyələnən yeni strateji dövrdə dərin struktur-institusional islahatlar hesabına yüksək iqtisadi artım mənbələrinin tapılması vasitəsilə Azərbaycan dövlətinin qüdrətinin daha da artırılması, yüksək rifah cəmiyyətinin qurulması, azad edilmiş bölgələrə tarixi qayıdış və əbədi məskunlaşma təmin edilməlidir. Bu məqsədlə növbəti onillikdə beş milli prioritet reallaşdırılmalıdır. Ölkənin sosial-iqtisadi inkişafına yönəldilən həmin prioritetlərin birincisi dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyata nail olmaqdır. İkinci hədəf dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyətin formalaşdırılmasıdır. Rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanının yaradılması prioritetlərin üçüncü sırasında dayanır. Dördüncü taleyüklü məsələ işğaldan azad edilmiş ərazilərə böyük qayıdışın təmin olunmasıdır. Beşinci prioritet Azərbaycanın təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi kimi şöhrətlənmişdir. Prioritetlərə əsasən, uzunmüddətli dövrdə iqtisadi artım sağlam və tarazlı olmalıdır. İqtisadi artım vətəndaşların həyatına təsir göstərən başlıca amillərdən biridir. İqtisadiyyat davamlı və yüksək templərlə artdıqda ölkədə adambaşına düşən milli gəlir yüksəlir. Yəni iqtisadi artım yüksək gəlirli iş yerləri yaratmaqla həyat səviyyəsinin ilbəil yaxşılaşmasını təmin edir. Prioritetlərdə işğaldan azad edilmiş ərazilərə qayıdan insanların təhlükəsiz yaşayışı təmin edilməsi, bu regionun ölkənin ən abad guşələrindən birinə çevrilməsi də əsas yer tutur. Əldə edilmiş qələb indi yeni, sistemli və davamlı islahata yol açır. Həmrəylik təcrübəsi  və ərazi  bütövlüyünün bərpası irimiqyaslı dərin islahatların aparılmasına zəruri əsasları gücləndirir.

Keçidlər