Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Şuşa Rayon Poliklinikasına gələrək vaksin olundu
Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Şuşa Rayon Poliklinikasına gələrək vaksin olundu
Koronavirus pandemiyasının qarşısının alınması məqsədilə ölkəmizdə həyata keçirilən vaksinasiya tədbirləri çərçivəsində Şuşa rayon əhalisinin COVID-19 infeksiyasına qarşı peyvənd olunması prosesi davam edir.
Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq, əhalinin peyvəndlənməsi mərhələli şəkildə həyata keçirilir
Şuşa Rayon İcra Hakimiyyətinin başçısı cənab Bayram Səfərov 16 fevral 2021-ci il tarixdə birinci doza, 16 mart 2021-ci il tarixdə isə 2-ci doza vaksinasiyadan keçmişdir. Mart ayının 9-dan etibarən sakinlərin 2-ci doza vaksinasiyasına başlanılmışdır. Mart ayının 17-ə qədər 50 yaşdan yuxarı olan rayon əhalisindən 514 nəfər vaksin olunmuşdur.