Şuşa rayon əhalisinin COVİD-19 əleyhinə vaksinasiya prosesi uğurla davam edir
Azərbaycan Respublikasında COVİD-19 xəstəliyi əleyhinə Şuşa rayon əhalisinin vaksinasiya prosesi uğurla davam etdirilir. Peyvənd olunmaq üçün gələn vətəndaşlara həyata keçirilən vaksinasiya prosesinin onların sağlamlığı üçün vacibliyi və bu sahədə dövlətimizin gördüyü işlərlə bağlı ətraflı məlumat verilir.Rayon sakinləri dövlətimiz tərəfindən həyata keçirilən əhalinin peyvəndlənməsi işini yüksək qiymətləndirir ,könüllü şəkildə müraciət edərək peyvənd olunurlar. Hazırda rayonda yaşı 40-dan, 50-65 və 65-dən yuxarı olan vətəndaşların peyvəndlənməsi, həmçinin ikinci doza vaksinin vurulması prosesi aparılır. Şuşa rayon əhalisi hazırda 58 rayonda məskunlaşıb,əhalinin çox hissəsi Bakı və Bakı ətrafı ərazilərdə yaşayır. İnzibati Ərazi Dairələri üzrə nümayəndələr,idarə və müəssisə rəhbərləri əhalinin peyvəndlənmə prosesinin təşkili işində köməklik göstərirlər. Malıbəyli və Quşçular kənd sakinlərinin kompakt yaşadığı “Raman-450” qəsəbəsi, Pirşağı qəsəbəsi “Gilavar”sanatoriyası,”Lokomativ” düşərgəsində səyyar həkim briqadası vaksinasiya işlərini aparır. Covid -19 virusu əleyhinə aparılan vaksinasiyada əhalinin fəallığı artmışdır.