Şriftin ölçüsü :

Saytın rəngi :

Çernobıl qəzasından 35 il ötür .

26 aprel 2021 | 16:00

35 il əvvəl, 1986-cı il aprelin 26-da Çernobıl Atom Elektrik Stansiyasında qəza baş verdi. Bu, bütün dünyanın atom energetikası tarixində ən böyük qəza idi.
Partlayışdan və yanğından sonra yaranmış radioaktiv bulud müasir Ukrayna, Belarus və Rusiya ilə yanaşı bir sıra Avropa ölkələrinin – İsveç, Avstriya, Norveç, Almaniya, Finlandiya, Yunanıstan, Rumıniya, Sloveniya, Litva və Latviyanın ərazilərini də bürüyüb. Nüvə hadisələrinin beynəlxalq şkalası (INES) üzrə bu qəzaya ən yüksək – yeddinci təhlükə dərəcəsi mənimsədilib.
Moskva və Ukrayna SSR-in rəhbərliyi qəza faktını və ekoloji fəlakətin nəticələrini gizlədirdi. Radiasiya səviyyəsinin artması barədə birinci olaraq İsveç məlumat verib. SSRİ-də bu barədə ilk rəsmi məlumat yalnız aprelin 28-də elan edilib.
Qəzadan sonrakı ilk günlərdə radiusu 10 kilometr olan zonada yaşayan əhali təxliyə edilib, sonradan təxliyə zonasının radiusu 30 kilometrədək artırılıb. Ümumiyyətlə, Ukraynada 2293 yaşayış məntəqəsi radioaktiv zəhərlənməyə məruz qalıb. Ötən əsrin 80-ci illərinin sonunda həmin yaşayış məntəqələrində 2,6 milyondan çox insan yaşayırdı. Kənd təsərrüfatı təyinatlı 5 milyon hektardan artıq torpaq sahəsi bu qəza nəticəsində yararsız vəziyyətə düşüb
Respublikamızda Çernobıl əlillərinin sosial müdafiəsinin gücləndirilməsi, onların sağlamlığının qorunması istiqamətində dövlət tərəfindən xüsusilə Ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra zəruri tədbirlər gürülüb, Çernobıl əlillərinə bir sıra güzəşt və imtiyazlar verilmiş, onlar daim dövlətin diqqətində olmuşlar.
Hazırda Azərbaycanda 5 mindən artıq Çernobıl qəzasının iştirakçısı var. Onların 90 faizindən çoxu əlillik statusu alıb. Bu qəzanın aradan qaldırılmasında iştirak edən 7 min nəfərin 2 mindən çoxu artıq həyatda yoxdur. Ümummilli liderimiz, faciə baş verən zaman dəfələrlə qəza zonasına səfər etmiş və dəhşətləri öz gözləri ilə görmüş Heydər Əliyevin qayğı və təşəbbüsü sayəsində 1993-cü ilin dekabrında Milli Məclis “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərərçəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” qanun qəbul edib. Bu gün Azərbaycanda bu qanunu əsas tutaraq, Çernobıl əlillərinin sosial müdafiəsinin gücləndirilməsi, onların sağlamlığının qorunması istiqamətində dövlət tərəfindən zəruri tədbirlər həyata keçirilir. Prezident İlham Əliyevin 17 mart 2014-cü il tarixli Fərmanına əsasən, Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlil olan şəxslərə Prezident təqaüdü verilir. Çernobıl əlillərinə müalicə üçün ildə bir dəfə olmaqla birdəfəlik müavinət, onların 16 yaşınadək (ümumtəhsil müəssisələrində təhsil alanlar 18 yaşınadək) uşaqlarının hər birinə isə ayda sosial müavinət ödənilir.

Keçidlər