Şriftin ölçüsü :

Saytın rəngi :

Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov və Rayon İcra Hakimiyyətinin məsul işçiləri Şəhidlər Xiyabanını ziyarət etmişlər

08 may 2021 | 16:00

Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov və Rayon İcra Hakimiyyətinin məsul işçiləri Şəhidlər Xiyabanını ziyarət edərək   Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman Vətən övladlarının əziz xatirəsini yad etmişlər.Şəhidlərimizin məzarları üzərinə tər qərənfillər düzülmüş, ruhlarına dualar oxunmuş,şəhidlərimizin unudulmaz xatirəsinə hörmət və ehtiramlarını bildirmişlər.
Xalqımız ana Vətənin azadlığı, doğma diyarın istiqlalı, müqəddəs torpağın şərəfi, qeyrəti, namusu yolunda canını qurban verənləri həmişə qəlbində yaşadır, onları şərəf və qeyrət simvolu kimi xatırlayır, gənc nəslə nümunə kimi təqdim edir. Qəhrəmanlar heç vaxt unudulmur. Qədirbilən xalqımız belə qəhrəmanları həmişə qəlbində yaşadır, əbədi bir xatirə kimi yad edir.

Keçidlər