18 yaşdan yuxarı şəxslərin “COVID-19” əleyhinə vaksinasiyasına başlanılır.
Bu gündən Azərbaycanda 18 yaşına çatmış şəxslərin vaksinasiyası başlayır.
Azərbaycanda koronavirusla mübarizə məqsədilə peyvəndləməyə yanvarın 18-dən start verilib.
Vaksinasiyanın əhəmiyyəti immuniteti gücləndirmək yolu ilə xəstəlikdən qorunmaq, infeksiyanın ötürülməsini məhdudlaşdırmaq, ölüm halının qarşısını almaq və nəticədə səhiyyə sisteminə düşən yükü azaltmaqdan ibarətdir.
“Azərbaycan Respublikasının COVID-19 əleyhinə 2021-2022-ci illər üçün vaksinasiya strategiyası”nın əsas məqsədi ölkədə geniş yayılmış koronavirus pandemiyasının qarşısının alınmasına, virusa yoluxma və ölüm səviyyəsinin aşağı salınmasına nail olmaqdır.
Şuşa rayonu üzrə əhalinin vaksinasiyası uğurla davam etdirilir. Rayon əhalisinin republikanın 58 rayonunda məskunlaşmasına baxmayaraq əhalinin maarifləndirilməsi və vaksinasiyaya cəlb olunması işi yüksək səviyyədə həyata keçirilir.