01 Mart Mülki Müdafiə Günü qeyd olundu.
Beynəlxalq Mülki Müdafiə Təşkilatı baş Məclisinin qərarı ilə 1972-ci ildən etibarən hər il martın 1-i bu təşkilata üzv olan bütün ölkələrdə “Ümumdünya Mülki Müdafiə Günü” kimi qeyd edilir. Hazırda Beynəlxalq Mülki Müdafiə Təşkilatına dünyanın 50-dən artıq ölkəsi daxildir. Azərbaycan bu nüfuzlu beynəlxalq təşkilatın tərkibinə 1993-cü ildə daxil olmuşdur. Beynəlxalq Mülki Müdafiə Təşkilatının əhatə etdiyi dövlətlərdə məqsəd, dinc əhalinin mühafizəsi sahəsindəki təcrübəni ümumiləşdirib yaymaq, mülki müdafiə kadrlarının hazırlanması və təkmilləşdirilməsi, habelə təbii fəlakətlər və işçi qəzaları zamanı dövlətlərarası qarşılıqlı yardım təşkil etməkdir.
Beynəlxalq Mülki Müdafiə günü ilə əlaqədar “Ramana-450” qəsəbəsindəki 4 saylı Xankəndi şəhər tam orta məktəbdə tədbir keçirilmişdir. Tədbirdə Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Əkbər Hacıyev, aparat işçiləri, Şuşa Mərkəzi rayon Xəstəxanasının baş həkimi Ramiq Məhərrəmov, Malıbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Müzəffər Babayev və başqaları iştirak etmişdir.
Tədbirdən sonra məktəblərdə açıq dərslər keçirilmiş, şağirdlərlə ilk tibbi yardımın göstərilməsi ilə bağlı diskussiyalar aparılmışdır. Sonra ilk tibbi yardımın göstərilməsi və yanğın zamanı yanğınsöndürəndən istifadə qaydası məktəbli şağirdlər tərəfindən təcrübə ilə həyata keçirilmişdir.