1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi günüdür
1 İyun - Uşaqların Beynəlxalq Müdafiə Günüdür. Dünyanın əksər ölkələrində olduğu kimi,bu gün Azərbaycanda da qeyd edilir.Uşaqlar bizim gələcəyimizdir və onları müdafiə etmək hər birimizin borcudur.
Biz də bu bayram münasibətilə istər respublikamızda,istərsə də bütün dünyada yaşayan uşaqları təbrik edir,onlara aydın səma,parlaq günəş,bol bol sevinc arzulayırıq.Qoy səhərlərimiz atəş səsi ilə deyil,körpə gülüşləri ilə açılsın.Körpə gülüşü dünyanın sevinc himninə çevrilsin! Qarşıdan gələn illərdə bütün bayram günləri kimi Uşaqların Beynəlxalq Müdafiəsi gününü də böyük təntənə ilə Şuşamızda qeyd edəcəyik. Uşaqların yüksək qayğı ilə əhatə olunması, əlverişlı mənəvi və sosial mühitdə böyüməsi , onların şəxsiyyət kimi formalaşması üçün bütün zəruri şərait doğma Şuşamızda yaradılacaqdır.