Şriftin ölçüsü :

Saytın rəngi :

Şuşa Rayon İcra Hakimiyyəti “Son zəng” günü münasibəti ilə bütün ümumtəhsil müəssisələrinin məzunlarını təbrik edir

14 iyun 2021 | 16:00

Koronavirus (COVID-19) pandemiyası və 2020-ci ilin payız aylarındakı   II Qarabağ  müharibəsi  bağlı tədris prosesində yaranan fasilələrə baxmayaraq  respublikamızda tədris proqramına uyğun olaraq şagirdlər öz təhsillərini davam etdirdilər.
Hər il ölkəmizdə "Son zəng" günü qeyd olunur. Bu gün məzunların həyatında əlamətdar bir gündür. Məzunların simasında sevinc dolu bir nisgil hiss olunur. Onbirincilər bu günə böyük həvəslə hazırlaşırlar. İlk dəfə olaraq müəllim və şagirdlər bu əlamətdar hadisəni Vətən müharibəsində qalib gəlmiş xalqın övladları olaraq qeyd edirlər.Respublikamızın bütün rayonlarında olduğu kimi Şuşa rayon məktəblərində də Son Zəng böyük təntənə ilə qeyd olunur. İşğaldan azad olunmuş torpaqlarımızda tikinti –quruculuq işləri, o cümlədən  təhsil mühəssisələrinin tikintisinə başlanılmışdır. Yaxın gələcəkdə Şuşalı gənclərimiz artıq öz ata-baba yurdlarında təhsillərini davam etdirəcək , növbəti Son Zənglərimiz öz doğma Şuşamızda qeyd olunacaqdır.Şuşa rayon məktəblərinin məzunlarını, təhsil müəssisələrinin pedaqoji kollektivlərini, valideyinləri Son Zəng münasibətilə  təbrik edir, məzunlara gələcək işlərində  yeni –yeni uğurlar arzu edirik

Keçidlər