17- iyun Tibb İşçilərinin Peşə Bayramı Günüdür
Bu gün Azərbaycan səhiyyəsi özünün yeni inkişaf mərhələsini yaşayır. Prezident İlham Əliyevin diqqət və qayğısı ilə nəinki paytaxt Bakıda, bölgələrdə də müasir tibb mərkəzləri açılır, köhnə tibb ocaqları yenidən bərpa olunaraq müasir avadanlıqlarla təmin olunur. Səhiyyə sisteminin inkişafı, bu sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi və infrastrukturun yeniləşdirilməsi daim diqqət mərkəzindədir. Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji siyasət kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi sosial siyasət nəticəsində dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsait ildən-ilə artırılır. Bu da tibb müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılmasına, ümumilikdə tibbi xidmətin müasir tələblər səviyyəsinə qaldırılmasına yeni imkanlar açır. Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan genişmiqyaslı islahatlar göstərir ki, milli səhiyyə sistemimiz sürətlə müasirləşir, vətəndaşlarımız dövlətin yaratdığı tibb xidmətlərindən yüksək səviyyədə yararlanır. Səhiyyə sistemində aparılan islahatlar vətəndaşların sağlamlığının etibarlı təminatına xidmət edir. Yeni növ koronavirus (COVID-19) pandemiyası və 44 günlük Vətən müharibəsi dövründə ölkəmizin tibb işçiləri öz vəzifə borclarını ləyaqətlə yerinə yetirərək həm ümumbəşəri təhlükə ilə mübarizədə, həm də döyüş cəbhəsində yaralanan əsgərlərin sağaldılaraq həyata qaytarılmasında böyük fədakarlıq nümunəsi göstəriblər. Onların birgə səyi ilə son vaxtlar infeksiyaya yoluxanların sayı əhəmiyyətli dərəcədə azalıb. Bu il yanvarın 18-dən başlanılan virusa qarşı peyvəndləmə prosesi isə sürətlə davam edir və bu sahədə Azərbaycan MDB ölkələri arasında ən yaxşı göstəriciyə malikdir. Hər il iyunun 17-si ölkəmizdə Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur.Bütün səhiyyə işçilərini o cümlədən Şuşa rayonu üzrə fəaliyyət göstərən Şuşa rayon poliklinikasının, kənd həkim ambulatoriyalarının həkimlərini təbrik edir, onlara çətin və məsuliyyətli işlərində sağlam can, möhkəm iradə arzu edirik. 17 iyun 2021- ci il tarixdə Şuşa rayon poliklinikasının bir neçə həkimi koronavirus pandemiyasına qarşı peyvəndlənmə işinin aparılmasında xüsusi xidmətlərinə görə Şuşa Rayon İcra Hakimiyyəti tərəfindən Fəxri Fərmanlarla təlfit olunmuşlar. Tibb işçisi peşəsi xeyirxahlıq, peşəkarlıq və mərhəmət tələb edən bir işdir. Bu gün səhiyyə sistemində iştirak edən bütün mütəxəssislərə təşəkkürümüzü bildiririk.