Şriftin ölçüsü :

Saytın rəngi :

Covid – 19 qarşı peyvəndlənmə işləri davam etdirilir

25 iyun 2021 | 16:00

Ölkəmizin bütün regionlarında olduğu kimi, Şuşa  rayonunda da Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq COVID-19 infeksiyasına qarşı mübarizə məqsədilə əhalinin peyvənd olunması kampaniyası uğurla həyata keçirilir. Koronavirus infeksiyasının yayılması hallarının qarşısının alınması məqsədilə irəli sürülən tələb və tövsiyələrinə uyğun olaraq Şuşa rayon İcra Hakimiyyəti tərəfindən genişmiqyaslı qabaqlayıcı profilaktik tədbirlər davam etdirilir.
Vaksinləşmə prosesinin mütəşəkkil keçirilməsi və artıq vaksinləşmə prosesinə cəlb olunan şəxslərin təcrübəsindən istifadə edərək koronovirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə prosesə qoşulanların sayı günbəgün artır. Əhalinin vaksinləşmə prosesinə mütəşəkkil qaydada cəlb edilməsi məqsədilə vaksinasiya ilə bağlı maarifləndirmə  işləri aparılır. Şuşa Rayon Mərkəzi Xəstəxanasının Poliklinikasında vaksinləşmə prosesi davam etdirilir.
        Vaksinasiya çərçivəsində əhalinin vakinasiya olunması işnini daha da asanlaşdırmaq üçün Şuşa rayon əhalisinin kompakt yaşadıqları ərazilərə səyyari həkim briqadası yollanılır,  tibb məntəqələrinin olmadığı ərazilərdə vaskinasiya  işi həyata keçirilir. 23 iyun 2021-ci ildə Rayon İcra Hakimiyyəti Başçısının müavini V.Fətəliyeva , hüquq-mühafizə orqanlarının əməkdaşı Ş. Abbasov, Şuşa Rayon Mərkəzi Xəstəxanasının  baş  həkimi K.Səfərova və təcrübəli həkim briqadası ilə  Ağdam ərazisində  yerləşən Şuşa Rayon Mirzələr qış yatağında yaşayan əhalinin peyvənd olunmasını təşkil etmişlər. Səfər zamanı dərman preparatlarına  ehtiyacı olan vətəndaşlarımız lazımi dərmanlarla  ilə təmin olunmuş, 100 dən artıq ərazidə yaşayan əhali   vaksin olunmuşdur. Səyyari həkim briqadaları gələcəkdə də digər rayonların ərazisində tibb məntəqələrindən uzaq məsafədə məskunlaşmış Rayon əhalisinin peyvənd olunması işini davam etdirəcəklər.

Keçidlər