Şriftin ölçüsü :

Saytın rəngi :

Şuşa Rayon İcra Hakimiyyəti başçısı Bayram Səfərovun şəhid ailələri və qazilərlə görüşü keçirilmişdir

28 iyun 2021 | 16:00

26 iyun tarixində Şuşa Rayon İcra Hakimiyyəti və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin  Şuşa rayon bölməsinin birgə təşkilatçılığı ilə Şuşa rayonundan  olan II Qarabağ müharibəsi zamanı şəhid olmuş qəhrəman vətən övladlarının valideyinləri  və qazilərlə görüş təşkil olunmuşdur. Vətənimizin bütövlüyü və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Şuşa Rayon  İcra Hakimiyyətinin başçısı Bayram Səfərov 44 günlük Vətən müharibəsində qazanılan Zəfər münasibətilə qaziləri bir daha təbrik etmiş və vətən qarşısında borclarını ləyaqətlə yerinə yetirdiklərinə görə təşəkkürünü bildirmişdir.Tədbirdə Şuşa Rayon İcra Hakimiyyətinin əməkdaşları, idarə,müəssisə rəhbərləri iştirak etmişlər.Sonra şəhid ailələri çıxış edərək dövlətimizin onlara göstərdiyi diqqət və qayğıdan, Şanlı Qələbəmizin əldə olunmağında xalq –dövlət birliyinin rolundan danışdılar. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şuşa Rayon bölməsinin rəisi Seymur Qurbanov, Şuşa Rayon Təhsil şöbəsinin müdiri Təvəkkül Əliyev, Azərbaycan Respublikası  Müharibə ,Əmək və Silahlı Qüvvələr  Veteranlar təşkilatının Şuşa rayon filialının sədri  Ağalar Əliyev  çıxışlarında Silahlı Qüvvələr günü münasibətilə bütün hərbiçilərimizi təbrik etmiş, Vətən uğrunda qanından və canından keçən qəhrəmanlarımızın xatirəsinin daim diqqət mərkəzində saxlamağı xüsusi ilə vurğulamış və onların Vətən müharibəsində göstərdikləri qəhrəmanlıq yolunun müntəzəm işıqlandırılmasının əhəmiyyətini qeyd etmişlər.Dövlətimiz tərəfindən şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğının daha da artırılması istiqamətində  görülən işlər tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır.Şəhid ailələri və qazilərimizə ərazi bütövlüyümüzün qorunmasında göstərdikləri şücaətə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fərmanına əsasən medallar təqdim olundu, şəhidlərimizin xatirəsinin nə qədər ki  Azərbaycan xalqı var, yaşayacağı ,daim əziz tutulacağı vurğulandı.
  Azərbaycan Ordusu qorxmadan, çəkinmədən böyük şücaət göstərərək, çətin iqlim və ağır relyefdə hər qarış torpağımız uğrunda mübarizə apardı. İstər meşə, istər dağ, istərsə də şəhər döyüşlərində Ordumuz misilsiz qəhrəmanlıq göstərdi və bütün növ döyüş qabiliyyətinə hazır olduğunu nümayiş etdirdi. Silahlı Qüvvələrimizin həyata keçirdiyi hərbi əməliyyatların strategiyası və taktikası tanınmış ekspertlər tərəfindən araşdırılır, dünyanın aparıcı hərbi məktəblərində təhlil və tədris olunur. Bütün bunlar Ali Baş Komandan cənab İlham Əliyev başda olmaqla Azərbaycan əsgərinin uğurudur. Müharibə nəticəsində işğal altında olan torpaqlarımız tamamilə azad olundu, Ermənistan ordusu sıradan çıxarıldı, təcavüzkarın işğalçılıq arzuları və faşist düşüncəsi məhv edildi. Tədbirin Silahlı Qüvvələr günündə təşkil olunması heç də təsadüfi deyildi. Azərbaycan dövlətinin 30 il ərzində apardığı uğurlu siyasət, ordu quruculuğu,iqtisadi imkanlarımızın genişləndirilməsi, ən müasir silah-sursatların alınması  və dövlət-xalq və ordu birliyi II Qarabağ döyüşlərində şanlı qələbəmizi təmin edən amillərdir. Dövlətin diqqət və qayğısı müharibə veteranları, əlilləri və şəhid ailələri tərəfindən yüksək qiymətləndirilir. Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin sosial müdafiəsi yüksək səviyyədə təşkil edilməkdə və onların sosial təminat və ehtiyaclarına xüsusi diqqət yetirilməkdədir. Cənab Prezidentin imzaladığı Sərəncam və fərmanlar bu sahəyə göstərilən diqqətin bariz nümunəsidir. Müharibə əlilləri, veteranları və şəhid ailələrinin sosial ehtiyaclarının dövlət tərəfindən ödənilməsi, həmçinin, Vətən uğrunda öz canından keçmiş şəhidlərin və Qarabağ müharibəsi əlillərinin övladlarının təhsil haqqından azad edilməsi, eyni zamanda, bu insanların mənzil və avtomobillərlə təmin olunması da çox müsbət haldır.

Keçidlər