Həmyerlimiz , şəhid Allahverdiyev Allahverdi Əli oğlunun cənnətdəki ilk ad günü məzarı önündə qeyd olunub
Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Şuşa şəhər sakini Allahverdiyev Allahverdi Əli oğlunun ad günü şəhidin evində , Şuşa Rayon İcra Hakimiyyəti başçı Bayram Səfərov, başçının müavinləri Əkbər Hacıyev ,Vüsalə Fətəliyeva , Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ələkbərov Elxan,qazilər, şəhidin ailə üzvləri ilə birlikdə qeyd olundu. Daha sonra şəhidin məzarı önündə şəhidin əziz xatirəsi ehtiramla yad olunub, keçdiyi döyüş yolundan, Vətən uğrunda göstərdiyi şücaətdən danışılıb.
Həmçinin qeyd edildi ki, Azərbaycan xalqı Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və müzəffər ordumuzun qüdrəti altında qəhrəman oğullarımız sonsuz cəsarət və qəhrəmanlıq göstərərək həyatları bahasına torpaqlarımızı düşməndən azad etmişdir. Biz ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən 44 günlük Vətən müharibəsində güclü həmrəyliyin, yenilməz ruhun bir daha şahidi olduq. Vətən müharibəsində Azərbaycan gəncliyi vətənpərvərliyini, əzmini bütün dünyaya nümayiş etdirdi.
Şəhidin ailə üzvləri övladları ilə fəxr etdiklərini söyləyib, şəhidlərimizin ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlığını bildirmişlər.