Şriftin ölçüsü :

Saytın rəngi :

5 mart – Bədən tərbiyəsi və idman günü münasibətilə tədbir keçirilmişdir.

05 mart 2015 | 16:00

 

Son illər ölkəmizdə idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, idmançıların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Ölkəmiz dünyada təbii sərvətləri ilə yanaşı, həm də bir idman ölkəsi kimi tanınır

4 mart 2005-ci ildə Azərbaycan Prezidenti cənab İlham Əliyev 5 mart tarixinin Azərbaycanda bədən tərbiyəsi və idman günü kimi təsis edilməsi haqqında sərəncam imzalamışdır. Respublikamızın idmançıları və idmansevərləri bu günü özünün əsl bayramı kimi qarşılayır.

5 mart 2015-ci il tarixində şuşalıların sıx məskunlaşdığı “Ramana-450” qəsəbəsində Şuşa rayon Gənclər və İdman idarəsi və Uşaq Gənclər idman məktəbi «Bədən tərbiyəsi və İdman günü»nə həsr olunmuş qızlar arasında rayon məktəblərinin voleybol idman növü üzrə cempionatını keçirmişdir.

Tədbirdə rayon Təhsil şöbəsinin Uşaq Gənclər İdman Məktəbinin direktoru Əbülqasım Novruzov öz çıxışında yeniyetmələrin bu idman növünə xüsusi maraq göstərdiklərini qeyd etmişdir. Sonra isə Uşaq gənclər Futbol məktəbinin komandaları arasında yarış keçirilmişdir .

Tədbirdə çıxış edən Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vüsalə Fətəliyeva və digər qonaqlar yarış iştirakçılarını bədən tərbiyəsi və idman günü münasibəti ilə təbrik etmiş, onlara çempionatda uğurlar arzulamışlar. Sonda qalib komandalar fəxri fərman və hədiyyələrlə mükafatlandırılmışdır.

Keçidlər