Şriftin ölçüsü :

Saytın rəngi :

Şuşa rayon sakinlərinin kompakt yaşayış yerlərində tibbi-profilaktik və dezinfeksiya işləri davam etdirilir.

12 avqust 2021 | 16:00

Son günlərdə ölkə ərazisində koronavirus pandemiyası ilə bağlı mövcud vəziyyət və xəstəliyə yoluxanların sayında artım nəzərə alınaraq  bütün ölkə ərazisində olduğu kimi  Şuşa rayon sakinlərinin kompakt yaşayış yerlərində  gündəlik tibbi-profilaktik və dezinfeksiyaedici tədbirləri intensiv şəkildə aparılır. Prosesin həyata keçrilməsində fasilə yaranmasın deyə, Şuşa Rayon Gigiyena və Epidemiologiya mərkəzi lazımı  dərmanlarla təchiz olunub. Koronavirus (COVİD-19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədi ilə  davam etdirilən təxirəsalınmaz tədbirlər çərçivəsində Şuşa rayon sakinlərinin kompakt yaşayış yerlərində, Şuşa rayonunun idarə və müəssisələrinin binalarında,”Ramana -450” qəsəbəsi, “Qobu Park” şəhərciyində,  binalardakı ümumi istifadə yerlərində, giriş blokları və pilləkən marşlarında, məişət tullantılarının atıldığı konteyner meydançalarında və digər yerlərdə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlərinin davamlı aparılması təmin olunur.

Keçidlər