Şriftin ölçüsü :

Saytın rəngi :

Xalqın barışmaz ruhu, qələbəmizi təmin edən əsas amillərdən biridir

18 avqust 2021 | 16:00

    44 günlük müharibədən 9 ay ötür. Zəfərlə başa çatan qələbənin əldə olunmasında bir çox amillər rol oynadı. Azərbaycan Respublikasının Ali Baş Komandanı cənab İlham Əliyevin diplomatik siyasəti, vaxtında verilən qərarları, dünya ictimaiyyətini düzgün məlumatlandırması, cəsarətli rəhbərliyi, güclənmiş ordumuzun yeni texnologiyalarla bağlı peşəkarlığı, qorxmaz, igid əsgərlərimiz bu amillərin əsas qayəsi sayılır. Azərbaycan dövlətinin 30 ildə dəyişməz mövqeyi, ən dəyərli siyasəti xalqın barışmaz mövqeyi ilə bərabər oldu. Vətənindən, elindən-obasından zorla qovulan, vəhşicəsinə ermənilər tərəfindən işğal olunan şəhərlərimizin, kəndlərimizin əhalisi öz yurd yerlərini bir an belə unutmadılar. Uzun illər dövlətlər arasında gedən danışıqlar proseslərində boşluqlarını ATƏT-in uzadılan uydurma missiyalarını,  BMT-nin ikili standartlarını izləyən əhalidə onların “Sülh” proqramlarına nə inamları, nə də etibarları yaranmırdı. Dünya bu özbaşınalığa, bu görülməmiş terror əməllərinə göz yumurdu. Erməni terroristlərinin təxribatları, Qarabağ torpağında “Vətən” iddialarına olan məsuliyyətsiz, vəhşi əməlləri onların gələcəyə hesablanmış “ şirin xulyaları” oldu. Bu cavabı Azərbaycan oğlu, əsgəri verdi. Bu cavabı qəlbində, ürəyində Vətən sevdası olan insanlar verdi. Bu cavabı Qarabağı görməyən , o torpaqda doğulmayan gənclər verdi. Döyüşə gedən əsgərdə vətən sevgisi olmazsa qələbəyə gedən yol da çətin olardı.  Azərbaycan oğullarının müharibənin qaynar nöqtələrində döyüş əzmi heyranlıqla qarşılanırdı. “Qarabağ Azəraycandır”, ”Ancaq irəli” əmri ilə döyüşən oğullar Azərbaycan bayrağını kəndlərdə, qəsəbələrdə dalğalandırırdı. Qələbələr elə müharibənin ilk günündən əldə edilirdi. Azərbaycan ordusunun böyük qəhrəmanlığı və peşəkarlığı,  Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti ilə Azərbaycanın ərazi bütövlüyü təmin edilmişdi. Xalqımızın barışmaz ruhu Qələbəmizi təmin edən əsas amillərdən biri oldu. Bu gün Qarabağda təmir-tikinti işləri, infrastrukturun bərpa olunması sürətlə aparılır. 30 il dağıdılan şəhərlərin, qəsəbələrin, kəndlərin tarixiliyini qorumaqla  “baş planlar” hazırlanır. Qarabağı görməyən, çadırlarda, vaqonlarda, yataqxanalarda, düşərgə və sanatoriyalarda qaçqınlıq həyatı keçirən  bu günün gənclərinin - Qurtuluş müharibəsinin qəhrəmanlarının bir amalı var - dədə-baba torpaqlarının varisliyini qorumaq, elimizə obamıza sahib çıxmaq. Bu amal, bu yol haqqın və ədalətin təntənəsidir. Bu yolun mayakı qalib ölkənin qalib Prezidenti cənab İlham Əliyevdir.

Keçidlər