Şriftin ölçüsü :

Saytın rəngi :

16 avqust 2021 –ci il tarixdə Şuşa Rayon İcra Hakimiyyəti başçısı Bayram Səfərovun Şuşa şəhər və kənd inzibati ərazi dairələri üzrə nümayəndələri ilə görüşü keçirilmişdir.

16 avqust 2021 | 16:00

Koronavirus pandemiyasının qarşısının alınması məqsədilə ölkəmizdə həyata keçirilən vaksinasiya tədbirləri çərçivəsində Şuşa rayon əhalisinin COVID-19 infeksiyasına qarşı peyvənd olunması, rayon sakinlərinin kompakt yaşayış yerlərində tibbi-profilaktik və dezinfeksiya işlərinin aparılması mövzusunda 16 avqust 2021 –ci il tarixdə Şuşa Rayon İcra Hakimiyyəti başçısı Bayram Səfərovun Şuşa şəhər və kənd inzibati ərazi dairələri üzrə nümayəndələri ilə  görüşü keçirilmişdir. Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov çıxışında son günlərdə COVID-19 virusuna yüksək yoluxma dinamikasının qeydə alınması, rayon sakinləri arasında vaksinasiya olunmağının vacibliyi barəsində maarifləndirmə işlərinin aparılmasını   İnzibai ərazi dairələri üzrə nümayəndələrin diqqətinə çatdırdı

Vaksinlər xəstəliyə yoluxma zamanı ağırlaşma və ölüm hallarının qarşısını alan təhlükəsiz vasitədir Bu gün bütün dünyanı öz cənginə almış qorxunc xəstəlik olan COVİD-19-dan qorunmağın bir neçə yolunu göstərmək olar. Bunlar: tibbi maska taxmaq, sosial məsafə, gigiyenik qaydalara əməl etmək və vaksin etdirmək. COVİD-19 pandemiyasının ölkəmizdə yayılmağa başladığı ilk günlərdən etibarən Prezident İlham Əliyevin Azərbaycan xalqına çağırış edərək “Biz birlikdə güclüyük” şüarı qısa zamanda milli birliyimizin devizinə çevrilərək həm pandemiya ilə mübarizədə, həm də Vətən müharibəsi dövründə öz təzahürünü tapdı. Bu birliyin nəticəsidir ki, ölkəmiz pandemiyaya qarşı uğurlu mübarizə aparmaqla dünyanın bir çox ölkələrinə örnək təşkil edir. COVID-19 pandemiyası ölkəmizdə yayılmağa başlayanda qətiyyətlə apardığımız mübarizəni, vaksinasiya prosesində də davam etdirməliyik. Bu bəşəri bəladan xilas olub, həyatın normal ritmini bərpa etməyin yeganə yolu kütləvi vaksinasiyanın həyata keçirilməsidir. Vaksin etdirmək insanı və ətrafındakıları qorumaq üçün ən yaxşı üsuldur.

 

Keçidlər