“Bu gün elə bir sahə yoxdur ki, Mehriban xanımın nəzərindən kənarda qalsın”
Həyatda hər bir kəsin yerini və taleyini tarix müəyyən edir. Odur ki, nə böyük, nə də kiçik rollar olmur. Öz həyat kitabını yazmağa ancaq sənin şəxsi, dərk edilmiş məsuliyyətin imkan verir. Bu kitabda hər bir kəs özünü şəxsi həyatının və dünyanın qurub-yaradıcısı, yaxından dağıdıcısı kimi təcəssüm etdirir. Kimsənsə, elə də olmalısan - bax budur bizim həyatımız. Ona görə də özgələrinin rollarını və obrazlarını gərək öz üzərinə götürməyəsən. Çünki, sən də, dünyada yerin də yeganə və bənzərsizdir.
Mehriban Əliyeva
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ad günüdür. Bu gün hər bir Azərbaycan vətəndaşı onun haqqında-qazandığı etibarı, məhəbbəti, ləyaqəti, mərhəməti, xeyirxahlığı və vətənpərvərliyindən danışa bilər. Azərbaycan xalqının və dövlətinin maraqları əsasında həm ölkə, həm də dünya miqyasında mədəniyyət, təhsil, xeyriyyəçilik, idman və digər sahələrdə çoxşaxəli, uğurlu fəaliyyət, xalqımızın və dünyanın mədəni irsinin qorunması, təbliği və inkişafı istiqamətində görülən işlər yüksək səviyyəsi ilə həmişə böyük ehtiramla qarşılanır. Cəmiyyətdə layiqli dövlət adamı kimi Şərqlə Qərbin sintezində ali dəyərlər həcmində möhtəşəm layihələrlə xalqını sevindirən Mehriban Əliyevanın fəaliyyətində kimsəsiz uşaqlar, xəstə insanlar, müharibə şəhidləri və qaziləri, illərdir məcburi köçkünlərin həyat şəraiti, ona möhtac olanlara zamanını və köməyini təmənnasız sərf edir.
Azərbaycanın Birinci vitse-prezidenti təyin edildikdən sonra ilk müşavirəsini məhz məcburi köçkünlərin sosial qayğısına, onların problemlərinin həlli ilə bağlı məsələlərə həsr etməsi bir milyon insan tərəfindən böyük razılıq və minnətdarlıqla qarşılanmışdır. Konkret işlərdə böyük qayğı və diqqət hiss edən insanlar Mehriban xanım Əliyevaya böyük inam və məhəbbət bəsləyirlər. Mehriban xanımın dövlətin möhkəmlənməsi yolunda apardığı ideoloji mübarizədə keçmişin, gələcəyin hər dönəmində tarixi səhifələrinə, görkəmli insanların, böyük şəxsiyyətlərin həyat fəaliyyətlərinə nəzər salınır, mütərəqqi ideyalar təbliğ olunur, yaddan çıxmış, unudulmuş tarixi bəhrələnməkdə insanlara yol göstərən layihələr həyata keçirir. Rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfdən irimiqyaslı, möhtəşəm layihələr həyata keçirilir. Azərbaycanın yeni dünya cəmiyyətinin öndə olan ölkələrindən birinə çevrilməsinə öz fəaliyyətilə güclü dəstək olur. Milli-bəşəri ideyaların tərənnümçüsü, daşıyıcısı olması ilə qüdrətli ictimai təşkilat olan Fond Ümumi Milli Lider Heydər Əliyev irsinin yeni nəslə öyrədilməsi, təbliğ olunmasında böyük nailiyyətləri ilə aparıcı rol oynayır. Qədim ənənələrimizlə bağlı multikultural dəyərlər, tolerantlıq Mehriban xanım Əliyevanın fəaliyyətində fədakarlıqla nümayiş olunur. Bu gün ictimai-siyasi həyatımızın elə bir sahəsi yoxdur ki, Mehriban xanımın nəzərindən kənarda qalsın. Hər bir azərbaycanlının baxış bucağında Mehriban Əliyevanın mükəmməl obrazı artıq öz yerini tutub. Gördüyü işlərin həcmi olduqca müxtləlif məzmunlu, insan amili üçün zəruri, dövlətimiz üçün vacib şərtlərdir.
Mehriban xanım Qalib ölkənin Qalib sərkərdəsi, Ali Baş Komandan, Azərbaycan Prezidenti cənab İlham Əliyevin ömür-gün, həyat yoldaşı olmaqla bərabər, onun məslək, qayə yoldaşı, həyat yolunu birlikdə addımlayan sədaqətli silahdaşıdır. Mehriban xanım Qarabağ torpaqlarının erməni işğalından azad olunması yolunda 44 günlük Qələbə soraqlı müharibə günlərində xalqımızla birlikdə hər günün Qələbəyə sevincini, hər həlak olan şəhidə kədərini bildirdi, qazilərə mərhəmətini, ana-bacılara təsəllisini əsirgəmədi. “Sizin Mehriban” imzası ilə sosial şəbəkələrdə xalqı ilə birlikdə izlədi müharibəni. Bizim Mehriban xanım öz sakit, rahat, səmimi sözləri ilə məlhəm oldu itkisi olan ailələrə. Şuşa azad olunan gün cənab Prezidentlə Ulu öndər H.Əliyevin məzarını, Şəhidlər Xiyabanını ziyarət etdi. Sevincini hamı ilə bölüşdü. Möhtəşəm “Xarı Bülbül” festivalına rəhbərlik etdi, ilk dəfə 30 ildən sonra “Qarabağ şikəstəsini” Cıdır düzündə dinlədi. 2019-cu ildə məcburi köçkünlərlə Heydər Əliyev Mərkəzində ad gününü keçirərkən, “Ən böyük arzum Qarabağ şikəstəsini Qarabağda dinləməkdir” söyləmişdir. Şuşalılar adından ad günündə “Şuşanın Qala divarları” adlı bir Şuşalı rəssamın kətan üzərində yağlı boya ilə çəkdiyi rəsmi hədiyyə edərkən, arzu etdim ki, O gün olsun cənab Prezidentlə bu Qalalardan keçib Şuşada bayramlar keçirək.
Bu gün o gündür. Sizin bu dünyada yeriniz isə yeganə və bənzərsizdir.
Ad gününüz mübarək!
Vüsalə Fətəliyeva,
Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini