Vətən müharibəsinin qəhrəman şəhidi, həmyerlimiz Hüseynov Əzəmi Əli oğlunun xatirəsi cənnətindəki ilk doğum günündə Mingəçevir şəhər şəhidlər xiyabanında məzarı qarşısında yad edilib.
II Qarabağ müharibəsində torpaqlarımızın bütövlüyü uğurunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Şuşa şəhər sakini Hüseynov Əzəmi Əli oğlunun cənnətindəki ilk doğum günü Mingəçevir şəhər şəhidlər xiyabanında məzarı qarşısında anılıb.
Anım mərasimində Şuşa Rayon İcra Hakimiyyətinin əməkdaşları, ziyalılar, qazilər, şəhidin döyüş yoldaşları iştirak etmişlər. Çıxışlarda Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ötən ilin sentyabrın 27-də başlanan və 44 gündə qələbə ilə başa çatan Vətən müharibəsinin tarixi əhəmiyyətindən də danışılıb, Əzəmi və onun kimi şəhidlərimizin qanının yerdə qalmadığı söylənilib. Şəhidin ailə üzvlərinə başsağlığı verilib, məzarı üstünə gül dəstələri qoyaraq, ruhuna dualar oxunub.