Şriftin ölçüsü :

Saytın rəngi :

Şuşa rayon əhalisinin tibbi müayinəsi davam edir

13 mart 2015 | 16:00

 

Azərbaycanda gedən sürətli iqtisadi inkişaf bütün sosial sahələrin, o cümlədən səhiyyənin inkişafında da əsaslı dəyişikliklərin baş verməsinə ,səhiyyə sahəsində əldə edilmiş yeniliklərin ölkəmizə gətirilməsi və uğurla tədbiqinə səbəb olmuşdur. Ulu öndərin siyasi kursunun layiqli davamçısı Prezident cənab İlham Əliyevin səhiyyə sahəsində həyata keçirdiyi proqramlar nəticəsində tibb müəssisələrinin təmiri və bərpası, onların ən müasir avadanlıqlarla təchiz olunması hər il daha da genişlənir. Respublika əhalisinin sağlamlığının qorunması işinə dövtəmizin böyük diqqət və qayğısının bariz nümunəsi kimi Cənab Prezident İlham Əliyevin tapşırıqlarına əsasən ötən ilin fevralın 17-dən mayın 1-dək bütün ölkə vətəndaşlarının pulsuz tibbi müayinədən keçirilməsini göstərmək olar. Əhalinin sağlamlığının qorunması, xəstəliklərin erkən aşkarlanması, müalicəsi, profilaktikası, fəsadlarla mübarizə sahəsində keyfiyyət standartlarının çatdırılması məqsədi ilə artıq ənənəvi olaraq ölkəmizdə "Sağlamlıq aylığı" həyata keçirilir.

Bu il də respublika prezidentinin tapşırığına uyğun olaraq 2015 – ci ilin fevral ayının 2 - dən may ayının 1 - dək əhalinin tibbi müayinədən keçirilməsinə başlanılmışdır.

Respublikamızın bütün rayonlarında olduğu kimi Şuşa rayon sakinlərinin tibbi müayinədən keçirilməsi Rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış xüsusi qrafikə uğun olaraq aparılır. Şuşa rayon əhalisi respublikamızın 57 rayonunda məskunlaşmasına baxmayaraq Rayon İcra Hakimiyyəti başçısının İnzibati ərazi dairələri üzrə nümayəndəlikləri rayon sakinlərinin operativ şəkildə tibbi müayinədən keçməsinə nəzarət edir, gündəlik olaraq müayinə haqqında məlumatları Rayon İcra Hakimiyyətinə ünvanlayırlar. Bakı şəhərində məskunlaşmış Şuşa sakinlərinin və Rayonun tabeliyində olan idarə, müəssisə və təşkilatlarda çalışan işçilərin Şuşa Mərkəzi Rayon Xəstəxanasında və Quşçular , Malıbəyli kənd həkim ambulatoriyalarında mütəşəkkil surətdə tibbi müayinələrə cəlb olunmaları işi yüksək səviyyədə təşkil olunur. Rayon İcra Hakimiyyətinin məsul işçiləri tez- tez mərkəzi rayon xəstəxanasına , kənd həkim ambulatoryalarına baş çəkərək tibbi müayinənin gedişi ilə yaxından tanış olurlar.

2015 –ci ilin fevralın 2 -dən martın 1 -dək ümumi sayı 32176 nəfər olan Şuşa rayon əhalisinin 5020 nəfəri respublikanın 57 rayonunda tibbi müayinədən keçmişdir.Rayon əhalisinin tibbi müayinələrə cəlb olunması üçün Rayon İcra Hakimiyyəti tərəfindən maarifləndirmə işi davam etdirilir.

Keçidlər